ArxivSosialXəbər lentiXəbərlər

Gürcüstan Ermənistanla sərhədi açmayacaq, Azərbaycan da ilk açılan ölkələr arasında yoxdur…

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “Pirveli” telekanalının efirində bildirib.

Onun sözlərində görə, Gürcüstan ilk növbədə “yaşıl” ölkələrdən turistlər qəbul edəcək: “Minimal risk olan ölkələrlə ikitərəfli sazişlər rəsmiləşdiriləcək. Həmçinin turistin Gürcüstana səfərdən öncə keçməli olduğu müəyyən prosedurlar da hazırlanır”.

Qeyd edək ki, Gürcüstan iyulun 1-dən xarici turistlər üçün sərhədlərini açacaq. Qonşu ölkə ilk mərhələdə İsrail, Avstriya, Çexiya və Ukrayna ilə qarşılıqlı turist səfərləri üçün “təhlükəsiz dəhlizlər” yaratmaq niyyətindədir.

Gürcüstan Ermənistanla sərhədi açmayacaq, Azərbaycan da ilk açılan ölkələr arasında yoxdur…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button