ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

General Süleymaninin şəhid edilməsində əli olan zabit bazada ölü tapıldı

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ceyms Uillis Qətərdəki Əl-Udeyd aviabazasında ölü tapılıb.

Qafqaz Virtualaz.org-a istinadən xəbər verir ki, İran xüsusi xidmət orqanları onu İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” briqadasının komandanı, general Qasım Süleymaninin öldürülməsi əməliyyatında iştirakına görə axtarırdı.

Bildirilir ki, Hərbi Hava Qüvvələrinin 55 yaşlı polkovnikinin ölümü döyüş əməliyyatları ilə əlaqəli deyil. Hazırda ölümün səbəbləri müəyyənləşdirilir. Uillis ABŞ HHQ-nin “Qırmızı at” eskadrilyasına komandanlıq edirdi. O, Birləşmiş Ştatlar ordusunun regiondakı əməliyyatlarını dəstəkləmək üçün Qətərə ezam edilmişdi.

Bu ilin yanvarında “Əl-Qüds” briqadasının indiki komandiri, briqada generalı İsmayıl Qaani Süleymaninin öldürülməsində əli olanların hamısından qisas alacaqlarını bildirmişdi: “Siz bundan sonra hətta öz evinizdə belə rahat otura bilməyəcəksiniz və qisasın sizi məhz evinizdə haqlayacağı ehtimalı az deyil”.

Qeyd edək ki, Qasım Süleymani 2020-ci il yanvarın 3-də ABŞ xüsusi xidmət orqanlarının həyata keçirdiyi, “Mossad”ın dəstəklədiyi əməliyyatla Bağdad aeroportu ətrafında şəhid edilib. Onun olduğu avtomobilə ABŞ-ın pilotsuz təyyarələri “Cəhənnəm odu” raketləri ilə zərbələr endirib. Süleymani ilə birlikdə daha bir neçə zabit, o cümlədən İraqdakı şiə yaraqlılarının komandiri Əbu Mehdi əl-Mühəndis də şəhid olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button