ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

General Baqeri Türkiyənin hərbi başçılarına başsağlığı mesajı göndərib

General Baqeri Türkiyənin hərbi başçılarına başsağlığı mesajı göndərib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyə ordusunun hərbi qüvvələrindən bir qrupunun bir vertolyot qəzasında həyatını itirməsi münasibətilə Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisinə və bu ölkənin müdafiə nazirinə başsağlığı verib.

Türkiyə ordusunun bir ədəd vertolyotunun qəzaya uğraması və bu ölkənin quru qoşunlarının bir komandanı da daxil olmaqla Türkiyənin on bir hərbçisinin ölümünün ardınca İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeri cümə günü bir mesajda həmin qəza ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülərə və bu ölkənin müdafiə naziri Hulusi Akara başsağlıqı verib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müraciətində/ qeyd olunan hadisə ilə bağlı təəssüf və kədər ifadə olunaraq, hadisədə bədən xəsarəti alanlara sağlamlıq arzu edilib, həyatlarını itirənlər üçün isə Allah-Taalanın dərgahından ilahi rəhmət və müsibət çəkənlərə səbir və təmkinlilik dilənibdir.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button