Arxiv

Gərginliyin hələ davam edəcəyi şübhəsizdir

İranın nüvə proqramı ilə bağlı altılıq və ya dünya ölkələri ilə razılaşmaya gəldiyi bir vaxtda Azərbaycan hakimiyyətin İrana bu hücumu təsadüfü deyil.

Ərəb ölkələrindəki vətəndaş qarşıdurmaları və vətəndaş müharibəsi fonunda Azərbaycanda sabitliyin höküm sürdüyünü dilindən salmayan hakimiyyət rəsmilərinin iddiaları sarsılmaq təhlükəsi ilə üz üzədir.
Son bir neçə gündə Azərbaycanda sələfi təriqətinin nümayəndələrinin Bakıda şiələrə və axund hacı Şahinə qarşı terror aktı həyata keçirəcəyi bir halda hüquq mühafizə orqanları bunun qarşısını alır, ertəsi gün isə Zaqatalada bir avtomobil avtomat silahlardan güllə baran edilir və nəticədə 3 nəfər öldürülüb.
Hüquq mühafizə orqanlarının verdiyi məlumata görə açılan cinayət işində hələlik mətbuat üçün olan açıqlamalarda yenilik yoxdur, cinayətkarların axtarışı və törətdikləri ağır cinayətin motivi araşdırılır.
Zaqatalada baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdən belə anlaşılır ki, cəmiyyətdə bu hadisələrin
” hakimiyyət cəmiyyətə anlatmaq istəyir ki, Azərbaycan üçün sələfilərdən daha çox şiə müsəlmanları təhlükəlidir. “
arxasında sələfi təriqətinin ekstremist fəaliyyəti də daya bilər. Ancaq hakimiyyət cəmiyyətə anlatmaq istəyir ki, Azərbaycan üçün sələfilərdən daha çox şiə müsəlmanları təhlükəlidir. Belə olmasaydı yüzlərlə hicab məhbusu bu gün həbsxanalrda ömür çürütməzdi.
Məsələ heç bununla da bitimir, əliyev rejimi İran İslam Respublikasına qarşı hücumlarını məhz onunla izah etmək istəyir ki, İrandan Azərbaycana hər hansı bir təhlükə mövcuddur və onu da qeyd edək ki, belə bir təhlükənin olduğunu Azərbaycan hakimiyyəti xarici diplomatlarla və xaricdəki görüşlərdə açıq şəkildə səsləndirir.
Onu da bilirsiniz ki, son günlər İran vətəndaşlarının Azərbaycanda həbs olunması mövzusunda İran səfiri Pak Ayinin verdiyi nikbin bəyanat barədə bəhs edərkən demişdik ki, bu nikbinlik sonradan məyusluqla nəticələnə də bilər.
Bizim xəbərin mürəkkəbi qurumamış növbəti gün məlum oldu ki, İran Mədəniyyət Mərkəzinin əməkdaşı Əhməd Əhmədzadə və bir neçə nəfər başqa iran vətəndaşı Azərbaycandan qovulub.
Səhv eləmiriksə Əhmədzadə həm də diplomatik status daşıyan iranlıdır. Azərbaycan rəsmilərinin
” İran səfiri Pak Ayinin verdiyi nikbin bəyanat barədə bəhs edərkən demişdik ki, bu nikbinlik sonradan məyusluqla nəticələnə də bilər. “
məsələ ilə bağlı münasibəti belə oldu ki, guya Əhmədzadə viza rejimini pozub. Ancaq bu hadisə ilə bağlı rəsmi Tehran Azərbaycana baş verənlərlə bağlı izahat istəmək üçün məktub yollayıb, İran parlamentində isə deputat Mənsur Həqiqətpur isə Azərbaycan hakimiyyətini qonşuluq siyasətində qarşıdurmaya, nifaqa getməsindən yayınmağa çağırıb.
Azərbaycanda hakimiyyətin nəzarətində olan mətbuat orqanları İrandan gələn məktubu “nota” adlandırdı, Həqiqətpurun bəyanatını isə Azərbayana qarşı çeviriliş təhdidi kimi yazdı. Bəlkə də İranın nüvə proqramı ilə bağlı altılıq və ya dünya ölkələri ilə razılaşmaya gəldiyi bir vaxtda Azərbaycan hakimiyyətin İrana bu hücumu təsadüfü deyil.
İranın nüvə ilə bağlı uğurlu razılaşmasından kimlərin narahat olmasına nəzər salsaq onda heç bir təsadüf üçün yer qalmayacaq. Həqiqətpurun bəyanatından sonra Milli Məclisin deputatı Siyavuş Novruz iranlı deputatı 90-cı illərdə Ermənistana casusluq etməkdə ittiham etdi. İran Azərbaycan arasında yaranan gərginliyin sifarişçiləri və icraçılarının əlini qoltuğuna vurub sakit oturacağını düşünmək doğru olmazdı, ancaq yenə də səfir Pak Ayinin keyfinə soğan doğranmasını da arzulamırıq.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button