ArxivXəbər lentiXəbərlər

Gəncədə məscidləri bağladılar – YENİLƏNİB

Bu gün səhər saatlarında Şah Abbas məscidindən İmamzadə İbrahimə qədər əzadarlıq yürüşü keçirmək istəyən Gəncə sakinlərinə polis zorakılıq tətbiq edib. Daxil olan məlumata görə, məscid polis və daxili qoşunlar tərəfindən mühasirəyə alınıb, məscidin yanına su şırnağı vuran maşınlar gətirilib. Camaat məscidə yaxın buraxılmayıb. Gəncədən “İslamazeri”yə bildirilib ki, hazırda məscidlər bağlıdır və Gəncə inanclılarına 2 gün ardıcıl (bu gün və sabah) məscidlərin qapılarının bağlı olacağı bildirilib.

 Yürüşün qarşısı alınarkən Gəncə sakinlərinə güc tətbiq edilib, məscidin yanı və ətraf küçələrdə qan izləri hələ də qalmaqdadır. Yürüşün qarşısı alınan zaman 50-yə yaxın inanclı həbs olunsa da son məlumatlara görə bəziləri buraxılıb və hazırda 4 nəfər inanclı nəzarət altında saxlanılır. Həbs olunanlar arasında ilahiyyatçı Kərbəlayi Musa Əsədov da var. Məlumatı verən mənbə bildirir ki, saxlanılanlar axşam saatlarına qədər buraxılmasa, polis bölməsinə doğru yürüş keçiriləcək.

 Qeyd edək ki, “İslaminsesi” saytı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin məktəb direktorlarını çağıraraq şənbə günü bütün məktəblərə dərs günü salmasını və şagirdlərin hamısını dərsə çağırılması barədə göstəriş verildiyini qeyd edib. Həmçinin Gəncə şəhərinin yerli komandası olan “Kəpəz”in “Xəzər Lənkəran”la oyunu da məhz Aşura gününə salınıb.

 “İslamazeri”yə daxil olan məlumta görə, Şah Abbas məscidində zöhr azanı da qadağan edilib. Günorta saatlarında məscidə getmək istəyən xanımlara polis mane olaraq, onları geri göndərib. Hazırda məscidin həyətində qara maskalılar görünməkdədir. Həmçinin sərbəst buraxılan inanclıların bildirdiyinə görə, polislər saxlanılan gənclərə əzadarlıqla bağlı qadağanın Allahşükür Paşazadə tərəfindən verildiyini deyiblər. Məsələyə aydınlıq gətirmək üçün inanclılar QMİ-yə yollanıblar.

 Gəncə sakinləri bildirirlər ki, Gəncənin icra başçısı Elmar Vəliyev bu cür təzyiqlərlə dindarlarla hakimiyyəti üz-üzə qoymaq istəyir.

 Əldə etdiyimiz məlumata görə, baş verənlərə səbəb təxribat olacağı ilə bağlı daxil olan informasiyadır.

 Gəncə şəhər Baş Polis İdarəsin bildirilib ki, bu gün bir qrup dindar Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirməyə cəhd göstərib.

 Hadisə yerinə polis qüvvələri cəlb edilib və cəhdin qarşısı alınıb.

 Polisdən həmçinin bildirilib ki, hadisə zamanı asayişi pozan bir neçə dindar saxlanılıb.Hazırda ərazidə polis əməkdaşları asayişin qorunması üçün tədbirləri davam etdirir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button