ArxivIslamXəbər lentiXəbərlər

Gəncə şəhərində “Aşura günü” qeyd edilib (FOTO)

Gəncə şəhərində Aşura günü qeyd olunub.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, səhər saatlarından başlayaraq şəhər və ətraf rayonlardan olan minlərlə Hüseynsevər Gəncə şəhərindəki “İmamzadə” Dini Memarlıq Kompleksinə üz tutublar.

Ziyarətgahda yaradılan “Hüseyn-meydanı”nda böyük izdiham yaşanıb, insanlar İmam Hüseyn (ə) müsibəti barədə olan söhbətlərə, rövzələrə qulaq asıblar.

Ziyarətgahda Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən matəm günündə 30-a yaxın ehsan çadırı qurulub.

Şəhərdə Aşura gününə həsr olunmuş qanvermə aksiyası da təşkil olunub. “Qan ver, yaşat” adlı aksiya “İmamzadə” Dini Memarlıq Kompleksində və Mərkəzi Qan Bankının Gəncə bölməsində həyata keçirilir. Prosesdən əvvəl aksiya iştirakçılarının tibbi yoxlanışdan keçməsinə isə xüsusi nəzərat edilib. Aksiyada bu saatlara qədər 200-dən çox könüllülər iştirak edib.

Qeyd edək ki, “Qan ver, yaşat” adlı aksiya bu gün saat 6-da yekunlaşacaq. Ümumilikdə isə 40 gün ərzində istənilən şəxs Mərkəzi Qan Bankının Gəncə bölməsinə yaxınlaşaraq qanvermə aksiyasında iştirak edə bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button