ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Fransa diktatura dedi, Azərbaycan üzr istəməyə çağırdı

Ayxan Hacızadə bildirib ki, Fransa tərəfindən Azərbaycana qarşı səslənmiş bu kimi fikirlər tamamilə qəbuledilməzdir və rəsmi Bakı tərəfdən qətiyyətlə rədd edilib.
Azərbaycan XİN sözçüsü  Fransanı üzr istəməyə çağırıb:
“Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir. Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaqdır”, Hacızadə deyib.
Qeyd edək ki, Fransanın daxili işlər naziri Jerar Darmanin “France 2” telekanalına müsahibəsində Azərbaycanı diktatura rejimi adlandıraraq həm də Yeni Kaledoniyada iğtişaşlara müdaxilə etməkdə və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham etmişdi.
Azərbaycan Respublikası XİN-i müdaxilə ittihamı barədə isə dünən ayrıca bəyanat vermişdir. Bəyanatda Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının liderləri arasında münasibətlərin olduğuna dair ittihamlar tamamiylə rədd edilir. 
Bəyanatda Fransanın daxili işlər nazirinə tövsiyə edilir ki,  Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button