ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Fransa BMT-nin Təhlükəsizlik Şurasına Laçın dəhlizi ilə bağlı qətnamə təqdim etməyi planlaşdırır

Məqalədə bildirilir ki, bu gün 120 min insanın taleyi BMT Təhlükəsizlik Şurasının əlindədir

Fransa Laçın dəhlizinin açılmasına dair qətnaməni Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına təqdim etməyə hazırlaşır.

Fransanın “Le Figaro” jurnalının redaktor müavini Jan-Kristof Büsso məqaləsində  yazır ki, qətnaməni hazırlamaqda məqsəd “Azərbaycanın Laçın dəhlizini blokadaya alması səbəbindən aclıq astanasında olan” Dağlıq Qarabağ sakinlərinə köməkdir.

Məqalədə bildirilir ki, bu gün 120 min insanın taleyi BMT Təhlükəsizlik Şurasının əlindədir:

“Həmin insanlar orada baxımsız, yanacaqsız, ərzaqsız qalıb. İşıqları, suları və internetləri tez-tez kəsilir”.

Məqalədə o da qeyd edilir ki, tezliklə Qarabağ sakinləri üçün Ermənistana humanitar karvan göndərəcəklər.

Avqustun 24-də Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında açıqlama verərək Ermənistanın sülh sazişi ətrafında yeni təkliflərini Azərbaycana göndərdiklərini deyib.

Nikol Paşinyan həmçinin bildirib ki, Dağlıq Qarabağda humanitar vəziyyət gərgindir:

“Biz mötəbər məlumat almışıq ki, Laçın dəhlizinin birtərəfli istiqamətdə açılması, yəni Dağlıq Qarabağdan çıxışa icazə verilməsi və girişin qadağan edilməsi üçün proqramlar hazırlanır. Bununla da Azərbaycanın əsas məqsədi Dağlıq Qarabağda etnik təmizləmə aparmaqdır”.

Eyni gün Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayaraq, Ermənistandan “humanitar yük” adı altında Laçın istiqamətində göndərilən yüklərin qəbul edilməməsinin erməni sakinlərə qarşı “etnik təmizləmə” kimi qələmə verilməsinin heç bir məntiqə sığmadığını bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button