ArxivQadin və hicabXəbər lentiXəbərlər

FİBA qadın basketbolçuların hicab azadlığını tanıdı

Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası (FİBA) Honq Konqda keçirilən iclasda qəbul olunan qərarı ilə qadın basketbolçuların meydana hicabla daxil olmalarına icazə verib.

Qafqaz.ir  Sputnik-ə istinadən xəbər verir ki, 2017-ci ilin 1 oktyabr tarixindən etibarən qüvvəyə minəcək qanuna əsasən, üzün heç bir hissəsi bağlamaması və hicabların qara, ağ və ya komandanın formasının rəngi ilə eyni ola bilər.
Hicab bir komandada birdən çox oyunçu tərəfindən istifadə ediləcəyi halda isə, eyni rəngdə olması tələb olunub.
FİBA hicab məsələsində dəyişikliyə ilk dəfə 2014-cü ildə getmişdi. Sınaq məqsədilə təkcə milli liqalarda 2 il ərzində sınaqdan keçirilən bu qərar haqqında əldə edilən hesabatlar, müsbət nəticələnib. Bununla da FİBA-nın idarə heyəti və təşkilata üzv federasiyaların razılığı ilə qadın basketbolçuların beynəlxalq tədbirlərdə də hicab ilə oyuna çıxmasına icazə verilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button