Xəbərlər

Misirdəki Azərbaycan Diasporu ermənilərin yalanını ifşa etdi

2013-cü il 16-21 noyabr tarixlərində Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Misir Mədəniyyət Nazirliyi tərəfindən Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş “VI Beynəlxalq Səmaa Dini Musiqi Festival”-ında Azərbaycanın da iştirak etdiyi 12 ölkə təmsil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, festivalın açılış günüdə 3 nəfərdən 2-i erməni olmaqla Rusiyanı təmsil edən iştirakçıların çıxışı azərbaycanlılar tərəfindən ciddi narazılıqla qarşılanıb.

Buna səbəb, Avetis Manukyan tərəfindən ifa olunan milli musiqi alətimiz olan balabanın Ermənistanın nəfəs musiqi aləti kimi təqdim edilməsi olub. Bununla yanaşı, Misir Mədəniyyət Nazirliyi tərəfindən paylanılan xüsusi proqram kitabçasında Rusiya Federasiyasını təmsil edən iştirakçıdan birinin doğulduğu yer kimi Xankəndinin Ermənistan ərazisi kimi qeyd olunması Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin kiçik elmi işçisi Pərvin Əfəndiyevanın, Misirdəki Azərbaycan Diasporu təşkilatının sədri, Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvü Ramil Nifəliyevin və Misirdəki Azərbaycan Diasporu təşkilatının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rəşad Əliyevin kəskin etirazına səbəb olub.
Diaspor nümayəndələri bu barədə misirli festival təşkilatçılarına və iştirakçılara məlumat vermiş, bu məsələ ilə bağlı öz etiraz və iradlarını bildiriblər. Nəticədə ermənilərin yekun bağlanış konsertində iştirakı qadağan olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button