Şeir

Dünya

Bərk gəlir rusqarışıq indi Yapın səs-səmiri,

Soxulub ölkəyə bəd Şahlıq edir xəstə biri
Çort pobiri

Nə də bir duzlu matah yox, ola Şah məmləkətə,
Niyə bəs azərilər şit yoğururlar xəmiri…
Çort pobiri

Cumur anlaqlısı anlaqsızı öndər deyərək,
Yüyürüb Fəxri Xiyabanda qucur boş qəbiri
Çort pobiri

Dedilər Şeytan ölüb güldü xəlayiqlərimiz,
Pah atonan, yenə hər yer təzə Şeytan ləpiri
Çort pobiri

Verilib Heydərül-İslam adı pir qülləsinə,
Bibiheybət pirimiz üstələyir köhnə piri
Çort pobiri

Tülkü bəyzadə kimi Yurdda muxalifliyə şad,
Əmə qandallı qəfəsdən bağırır xalq bəbiri
Çort pobiri

Pota Allahşükür ümbətlik edir İblisinə,
Çün ərəbdən bura durbinlə baxır Şeyx Əmiri
Çort pobiri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button