AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatŞəxsiyyətlərXəbər lentiXəbərlər

Fələstin İslami Cihad Hərəkatının sabiq baş katibi Ramazan Abdullah vəfat edib

Fələstin İslami Cihad Hərəkatının sabiq baş katibi və bu hərəkatın təsisçilərindən olan Ramazan Abdullah vəfat edib.

Qafqaz Həqiqətləri xəbər verir ki, Livanın “Əl-Minar” telakanalı təcili xəbərlərində doktor Ramazan Abdullah Şallahın vəfat etdiyini elan edib.

Qəzzə Universitetinin iqtisadiyyat üzrə müəllimi Ramazan Abdullah Şallah Fələstin İslami Cihad Hərəkatının təsisçilərindəndir və 1995-ci ildən hərəkatın baş katiblik vəzifəsini öhdəsinə almışdır. O, Fəthi Şəqaqinin şəhadətindən sonra bu hərəkata rəhbərlik etmişdir.

Qeyd edək ki, doktor Ramazan Abdullah zülmə məruz qalmış Fələstin xalqına dəstək verilməsində təsirli rola malik olduğu və sionist rejimə qarşı mübarizə etdiyi üçün Amerika Federal Təhqiqat Bürosu tərəfindən (FTB) terror siyahısına salınıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button