ArxivXəbərlər

Hacı Əlikram Əliyevin vəfatından üç il keçdi

Bu gün AİO-in ilk sədri, Nardaran ağsaqqalı və Azərbaycanın ilk islamçı fəalı Hacı Əlikram Əliyevin vəfatının üçüncü ildönümüdür
İslamazeri.az Hacı Əlikram Əliyev haqqında qısa məlumatı təqdim edir.

Hacı Əlikram İsmayıl oğlu Əliyev 1940-cı ildə Bakının 25 kilometrliyində yerləşən Nardaran qəsəbəsində dindar ailədə dünyaya göz açmışdır.
O, universitet təhsilini Bakıda Bədən Tərbiyəsi fakültəsində alıb. Dinə olan marağı hələ gənc yaşlarından onun, kommunistlərin istəklərinə təslim olmaqdan imtina etməsinə səbəb olur.
1974-cü ildə Bakıda təhsil alan yəmənli bir tələbə vasitəsi ilə Seyyid Ruhullah Musəvi Xomeyni(r.ə)-in adı və mübarizəsi ilə tanış olur. İslam İnqilabının qələbə çaldığı ilk günlərdə Təbriz radiosu vasitəsi ilə İmam Xomeyninin çıxışını dinləyir və Moskva televiziyası ilə onun Tehrana daxil olmasını izləyir. Elə o zaman öz təqlid mərcəini dəyişərək, İmam Xomeynir(r.ə)-ə təqlid etməyə başlayır. Hacı Əlikram Əliyev Sovet İttifaqı zamanı dini təmayüllərinə görə bir çox ictimai hüquqlarından məhrum edilir.
Sovet İttifaqının süqut etməsi və Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra 1992-ci ildə Azərbaycan İslam Partiyasını təsis edir.
1996-cı ildə həbs olunan Hacı Əlikram uzun illər həbsdə işgəncələrə məruz qalır.
Şəkər xəstəliyindən əziyyət çəkən Hacı Əlikramın səhhəti həbsdə olduğu müddət ərzində daha da pisləşir və vaxtında müalicə olunmadığı üçün gözlərində ciddi narahatlıq yaranır.
Hacı Əlikram Əliyev azadlığa buraxılandan sonra da Hacı Əlikram dini fəaliyyətlərini davam etdirmişdi.
Hacı Əlikram uzun sürən xəstəlikdən sonra 2011-ci martın 17-də Nardaran qəsəbəsindəki evində dünyasını dəyişib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button