ArxivNardaranXəbər lentiXəbərlər

Nardaran sakinləri məsciddə Ərbəin mərasimi keçirir

Nardaran camaatı Hüseyniyyə məscidində İmam Hüseynin (ə) 40 mərasimini keçirir

İslamazerinin məlumatına görə, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib ki, məsciddə yüzlərlə adam var. Hazırda qəsəbədə Daxili Qoşunlar və xüsusi təyinatlılar var.

“Amma qəsəbə daxilində insanların sərbəst hərəkətinə məhdudiyyət yoxdur. Hətta qəsəbə daxilində avtomobillərin hərəkətinə də ciddi nəzarət edilmir”, o qeyd edib.

Kərimovun sözlərinə görə, hüquq mühafizə orqanlarının dünən qəsəbədə keçirdiyi xüsusi əməliyyat nəticəsində 19-dan çox sakin saxlanıb. Hətta bir ailənin üç üzvü saxlanıb. Analarını isə infarkt vurub. Qəsəbəyə artıq 7-ci gündür elektrik enerjisi verilmir.

Azərbaycan dövlət televiziyası dünən keçirilən əməliyyat nəticəsində qəsəbədə asılmış dini bayraqların, küçələrdəki dini şüarların və küçələrə verilmiş dini adların götürüldüyünü nümayiş etdirib. Bununla yanaşı, hüquq mühafizə orqanları dekabrın 1-də Nardaranda keçirilən xüsusi əməliyyatın nəticələri ilə bağlı hələ məlumat yaymayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button