ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikası xalqı İmam Hüseyn (ə) ərbəinində əzadarlıq edir

Şəhidlər sərvəri Həzrət İmam Hüseyn (ə) və vəfalı silahdaşlarının ərbəin əzadarlıq mərasimləri Azərbaycan Respublikasının məscidlər və müqəddəs məkanlarında keçirilir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Azərbaycan Respublikasının dindar əhalisi müxtəlif şəhərlərdə məscidlər və hüseyniyyələrdə əzadarlıq edərək Kərbəla səhrasının sönməz günəşi İmam Hüseynə (ə) öz mənəvi sevgilərini bəyan edir.

Elə bununla əlaqədar Bakı əhalisinin iştirakı ilə iranlıların hüseyniyyəsində möhtəşəm mərasim keçirilib.

Bu mərasimdə əzadarlar İmam Hüseynin (ə) şəhadətinin 40-cı gününün ildönümü günündə sinə vuraraq və mərsiyyə oxuyaraq göz yaşı axıdıb və mövlalarının yüksək amallarına vəfadarlıqlarını elan ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button