ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ermənistanda “silah baronu” saxlanıldı

Ermənistanın Mili Təhlükəsizlik Xidməti ölkədə “silah baronu” kimi tanınan iş adamı David Qalstyanı saxlayıb.

“Sputnik Ermənistan”ın fevralın 1-də verdiyi xəbərə görə, məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb.

MTX “Patron Davo” ləqəbli iş adamını Ermənistan Müdafiə Nazirliyinə köhnə və yararsız mərmi tədarük etməkdə ittiham edir. Qalstyanın şirkətinin Müdafiə Nazirliyinə 1983-1986-cı illərdə istehsal olunan topların əvəzinə, 1977-ci ildə Çexiyada istehsal olunan eyni təyinatlı hərbi texnikanı satdığı bildirilir.

Məlumata görə, Qalstyan dövlətə 523 milyon dram (1,08 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurub.

MTX Müdafiə Nazirliyinə vaxtı keçmiş silahların satılması ilə əlaqədar daha bir neçə nəfər barəsində araşdırmaların aparıldığını bildirib.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button