AktualAktualArxivXəbər lentiXəbərlər

Ermənistanda 2 aprel parlament seçkilərinin təhlili; Sarkisyanın qələbəsi və bunun Qarabağ müzakirələrinə təsiri

Ermənistanın xarici siyasətində dayanan əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin müzakirələridir. Son günlərdə Ermənistanın xarici işlər naziri Eduard Nalbəndiyan vurğuladı ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını geri qaytarmayacaq. Belə çıxır ki, Ermənistan Azərbaycanla aparacağı gələcək müzakirələrdə hətta Qarabağ ətrafında işğal etdiyi ərazilərdən də geri çəkilməyi qəbul etməyəcək.
Qafqaz Mədəniyyət Mərkəzi – Ermənistan Respublikasında 2 aprel parlament seçkiləri indiki prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının qələbəsi ilə bitdi. Mərkəzi Seçki Komissiyasının verdiyi məlumatına görə bu seçkilərdə 9 siyasi partiya və 4 blok parlamentdə 101 yer uğrunda rəqabət aparıblar. Seçkilərdə iştirak etmək üçün Azad Demokratlar, Respublika Partiyası, Daşnaqsutyun, Erməni Dirçəlişi, Kommunist partiyaları müstəqil şəkildə siyahı təqdim etmişdilər. Blok şəklində iştirak edən koalisiyalar isə sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi-Ermənistan Xalq Partiyası Bloku, ORO Bloku (Ohanyan-Raffi-Oskanyn), Sarukyan Bloku, Elk (Çıxış) Bloku idi. MSK-nın bildirdiyinə görə hakim Respublika Partiyası 49,16 faiz səs toplamaqla parlamentdə ən çox yer qazanıb. “Sarukyan” bloku 27,35 faiz səslə ikinci, “Çıxış” bloku 7,78 faiz səslə üçüncü, Daşnaksütyun partiyası isə 6,58 faiz səslə dördüncü yerdə qərarlaşıb.
Ermənistanda keçirilən son parlament seçkiləri bu ölkədə konstitusiya islahatından sonra ilk parlament seçkiləri idi. 2015-ci ildə ölkə əhalisi ümumi səsvermədə iştirak edərək dövlət üsul-idarəsinin prezidentlikdən parlament idarəçiliyinə keçməsinə səs verdilər. 2018-ci ildə S. Sarkisyanın rəhbərlik etdiyi hazırkı prezidentliyin müddəti bitdikdən sonra Ermənistan parlament üsul-idarəsi ilə idarə olunacaq və dövlət əksəriyyət tərəfindən təşkil ediləcək. Konstitusiyada edilən dəyişikliklərə görə əsas məsuliyyət baş nazirin ixtiyarında olacaq və prezident 101 nəfər parlament üzvü vasitəsilə seçiləcək.
2 aprel seçkiləri iqtidarda olan Respublika Partiyası ilə Qaqik Zarukyanın liderlik etdiyi dövlət müxaliflərinin bloku arasında güclü rəqabətdən xəbər verirdi. Ermənistanın sərvətli biznesmenlərindən sayılan Qaqik Zarukyan seçki təbliğatında söz vermişdi ki, qaz və işığın qiymətini endirəcək, dövlət işçilərinin maaşını və pensiyaları artıracaq. Seçkilərin nəticələri açıqlandıqdan sonra Ermənistanın sabiq prezidenti və Erməni Milli Konqresi-Ermənistan Xalq Partiyası Blokunun rəhbəri L. Ter-Petrosyan, hakim partiyanın səsləri satın aldığını iddia etdi. Həmçinin ORO Bloku (Ohanyan-Raffi-Oskanyn) seçkilərdə geniş saxtakarlıq baş verməsini xəbər verdi. Hakim partiyanın sədr müavini Armen Aşutyan baş vermiş saxtakarlığın son nəticəyə təsir etmədiyini bildirdi və Milli Məclisə Seçkilər Komissiyasının seçkilərdə iştirak edənlərin sayının 1, 5 milyon nəfər elan etdiyini, bunun qarşısında isə cəmi 8 min 900 səsdə saxtakarlıq xəbərlərinin çatdırıldığını bildirdi. Onun sözlərinə görə, bu rəqəm seçkilərdə iştirak edənlərin ümumi sayının cəmi 7 faizi deməkdir. Saxtakarlığın baş verməsi haqqında təqdim edilən xəbərlərin hamısı doğru olduğu surətdə yenə də demək olar ki, biz 99,3 faizlə sağlam seçki keçirmişik.
Ermənistan əhalisi son parlament seçkilərində hakim partiyaya bir daha fürsət verdilər ki, bu ölkənin iqtisadiyyatını dirçəltsin, siyasi sabitlik yaratsın, seçkilər öncəsi bütün partiya və blokların şüarı olan yoxsulluq və işsizliyi aradan qaldırmaq istiqamətində addım atsın. Rusiyanın Ermənistanda nüfuzuna qarşı olan S. Sarkisyan dövlətinin müxaliflərinin geniş aksiyalar keçirməsinə baxmayaraq ölkə xalqı Rusiyaya meyilli olan hakim partiyanı dəstəklədi. Müxalifət qüvvələrinin geniş fəaliyyətinə diqqət etməklə hakim partiyanın seçkilərdə qələbə qazana bilməyəcəyi gözlənilirdi. Amma seçkilərin nəticəsi göstərdi ki, Ermənistan əhalisi ölkələrinin iqtisadi və siyasi uğurlarını başa düşür. Ermənistan xalqı üçün Qarabağ məsələsi heysiyyətli bir mövzu hesab olunur və Qarabağla bağlı müzakirələrdə hər növ geriyə addıma dözmür. Ermənistan regional təcriddən çıxmaq istədiyi təqdirdə Azərbaycan və Türkiyə ilə siyasi münasibətlər qurmalıdır. Bu məsələ də onun Qarabağ məsələsində geri çəkilməsi deməkdir. Ona görə də Ermənistanın hazırkı durumda Rusiyaya söykənməkdən başqa bir yolu qalmır. Rusiya, İrəvan-Moskva razılaşması əsasında Ermənistanın təhlükəsizliyini təmin edir. Rusiya 102-ni hərbi bazasını Ermənistanın Gömrü rayonunda yerləşdirmişdir. Ermənistan əhalisi də ölkələrinin təhlükəsizlik və iqtisadiyyatının Moskvaya bağlı olduğunu yaxşı anlayır. Bu ölkənin iqtisadiyyanın zəif olduğu bir durumda İrəvanın qərbə hər hansı meyli ona baha başa gələ bilər. Ona görə də Ermənistan cəmiyyəti ölkələrinin hazırkı şəraitini nəzərə alaraq rusyönümlülərə qərbyönümlülərdən daha çox üstünlük verirlər. Ötən ilin aprel döyüşlərində Azərbaycan ordusu Qarabağda işğal olunmuş ərazilərdən bir hissəsini geri aldı. Bu zaman Rusiya iki ölkə arasında atəşkəs yaradaraq həm Ermənistanı gələcək məğlubiyyətdən qorudu, həm də S. Sarkisyan dövlətinin parlament seçkilərində qələbəsinə dəstək vermiş oldu.
Hakim Respublika Partiyasının qələbəsi ilə S. Sarkisyanın təkzib etməsinə baxmayaraq 2018-ci ildə onun baş nazir postuna gəlməsi gözlənilir. Müxalifət də bu mövzunu dəfələrlə vurğulayıb. Belə olan surətdə ölkə daxilində etiraz aksiyaları davam edəcək və müxalifət partiyalarının dövlətə qarşı fəaliyyətləri daha da bərkiyəcək.
Belə nəzərə gəlir ki, Ermənistanda siyasi sabitlik dövlət müxaliflərinin təsiri altına düşəcək. Bu da ölkənin iqtisadiyyatının yaxşılaşmasına öz mənfi təsirini qoyacaq.
Ermənistanın xarici siyasətində dayanan əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin müzakirələridir. Son günlərdə Ermənistanın xarici işlər naziri Eduard Nalbəndiyan vurğuladı ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını geri qaytarmayacaq. Belə çıxır ki, Ermənistan Azərbaycanla aparacağı gələcək müzakirələrdə hətta Qarabağ ətrafında işğal etdiyi ərazilərdən də geri çəkilməyi qəbul etməyəcək.
Belə olduqda isə Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması üçün müsbət perespektivlər görünmür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button