ArxivXəbər lentiXəbərlər

Ermənistan şikayətlərin sayına görə birinci yerdədir

Bütün sahələrdə iflasa uğrayan Ermənistanda hökm sürən qanunsuzluq mühiti narazı insanların sayını artırıb. Buna görə də işğalçı ölkə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlərin sayına görə birinci yerdədir.

Qafqaz .ir ,faktxeber  istinadənina görə, Ermənistan Avropa Şurasına üzv olan dövlətlər arasında bu qurumun insan hüquqları məhkəməsinə ən çox müraciət edilən ölkədir. Bu hesabat əhalinin hər 100 min nəfərinə düşən şikayətlərin sayına görə aparılıb. Ermənistanın hüquq müdafiəçisi Vahi Qriqoryan bildirib ki, təqdim olunan statistik göstəricilər ermənilərin məhkəmə sisteminə inamsızlığı bir daha təsdiqləyib. İşğalçı ölkədə vəkillər də məhkəmədən və hakimlərdən narazıdırlar. Bu səbəbdən də hüquq müdafiəçiləri İrəvanda aksiya keçirməyə hazırlaşırlar. Onlar əsasən məhkəmə zalına girişdə üzərlərində aparılan yoxlamalara etiraz edirlər. Bu barədə vəkil Ayuk Alumyan məlumat verib. Onun sözlərinə görə, belə davranış nəinki qeyri-qanuni, həm də təhqiredicidir. Alumyan deyib ki, sonuncu dəfə məhkəmə məmurları ilə bununla bağlı mübahisəsi düşüb və o, müdafiə edəcəyi şəxsin məhkəmə iclasına buraxılmayıb. Vəkil Ermənistanda ilin əvvəlindən hüquqşünaslara qarşı görünməmiş təzyiqlər başlandığını da söyləyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button