ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ermənistan itkilərini açıqlamağa başlayıb – SİYAHI

Ermənistan noyabrın 16-da dövlət sərhədində törətdiyi təxribat zamanı verdiyi itkiləri açıqlamağa başlayıb.

Ermənistan Müdafiə Nazirliyi bu günə olan məlumata görə, sərhəddəki döyüşlərdə 6 hərbçinin öldüyünü açıqlayıb.

Nazirlikdən ölənlərin baş leytenant Taron Saakyan, müqaviləli hərbi qulluqçular Merujan Arutunyan, Qurqen Sarkisyan, Artur Martirosyan və David Əmiryan olduğu bildirilib.

Daha bir hərbçinin kimliyi dəqiqləşdirilir.

Müdafiə Nazirliyi qeyd edib ki, Rusiya tərəfinin vasitəçiliyi və iştirakı ilə itkin düşmüş şəxslərin müəyyən edilməsi və əsirlərin qaytarılması istiqamətində intensiv işlər davam etdirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button