ArxivXəbər lentiXəbərlər

Ermənistan Dağlıq Qarabağda PKK-nın yerləşməsinə icazə verib

Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey, “Ermənistan işğal etdiyi Azərbaycan ərazisi olan Dağlıq Qarabağ bölgəsində PKK və digər təşkilatları yerləşdirərək özünə üstünlük təmin etmək istəyir”, – deyib.

FaktXəbər-in “Anadolu” agentliyinə istinadən məlumatına görə, Gülbey dərnək binasında jurnalistlərə verdiyi açıqlamada, Türkiyənin PKK-ya qarşı son zamanlarda apardığı əməliyyatlardan sonra terror təşkilatının baza olaraq istifadə etdiyi Kandildən Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağa köçməyə başladığını söyləyib: “Erməni ailələr uşaqlarını o bölgəyə əsgər göndərmir. Bundan başqa, Azərbaycan ordusunun da işğal altındakı torpaqlarını geri almaq üçün müharibəyə hazır olduğunu bildiyi üçün bu cür silahlı təşkilatların gücünə ehtiyac duyan Ermənistan, Rusiyanın dəstəyi ilə işğal etdiyi torpaqları PKK-nın baza olaraq istifadə etməsinə icazə verib”.

Gülbey daha sonra açıqlamasında bildirib ki, tarixən Rusiya ilə Ermənistan Qafqaz kürdlərini məqsədləri üçün istifadə edərək “Qırmızı Kürdüstan” kartını yenidən PKK ilə oynamaq istəyirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button