ArxivIslamXəbər lentiXəbərlər

Ermənistan Baş Nazirinin Mətbuat katibi:Peterburqda Əliyev-Paşinyan görüşü olmayacaq

  • Hazırda Rusiyada səfərdə olan ölkə başçısı İlham Əliyevin bu gün Sankt- Peterburqda keçiriləcək Avrasiya İttifaqı İqtisadi Şurasının iclası və MDB ölkələri başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş planlaşdırılmır.

Bu barədə “Radio Azatutyun”a Ermənistan Baş Nazirinin Mətbuat katibi Vladimir Karapetyan bildirib.

Onun sözlərinə görə, İlham Əliyev və Nikol Paşinyanın da iştirakı ilə rəsmi şam ziyafəti təşkil olunacaq.

Qeyd edək ki, Əliyevlə Paşinyan arasında sonuncu görüş bu ilin oktyabrında Aşqabadda MDB Dövlətləri Rəhbərləri Şurasının iclası çərçivəsində baş tutmuşdu. Ondan əvvəl rəsmi görüş isə martın 29-da Vyanada olmuşdu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button