ArxivXəbər lentiXəbərlər

Ermənilər Qubadlının Xanlıq kəndində DONUZ FERMASI AÇIR…

25-ci ildir ki, işğal altında olan Qubadlı rayonunun “İşxanadzor” adlandırılımış Xanlıq kəndində 2017-ci ilin noyabrından başlanmış 50 yeni evin tikintisi davam edir. Hədəf14.az “KarabakhTV”-yə istinadla yazır ki, bu haqda  Xanlıq kəndinin qanunsuz erməni başçısı Arsen Telunts jurnalistlərə açıqlamasında bildirib.
qafqaz.ir hedef14.org-a istinad xebere gore.Onun sözlərinə görə, 2016-2017-ci illərdə  qondarma separatçı-terrorçu rejim və ”Kaşataq”  xeyriyyə fondunun dəstəyi  ilə kənddə bir 18 mənzilli bina və 22 yaşayış evi inşa edilib. A.Telunts əlavə edib ki, “Tüfenkyan” xeyriyyə fondu və “Hayrener” ictimai təşkilatı da  yaşayış evləri, məktəb tikintisi  və digər layihələrin həyata keçirilməsinə öz töhfələrini veriblər. Ötən il 3 mərtəbəli məktəb binası təmir edilib. Hazırda  məktəbdə 105 şagird var. Lakin Xanlığı zəbt etmiş ermənilərin uşaq bağçası  problemi mövcuddur.
 Separatçı rejimin nümayəndəsi Xanlıq  kəndində meyvə ağaclarından ibarət 10 hektarlıq yeni bağ salınacağını da qeyd edib. 30 hektar ərazi kol-kosdan təmizlənərək tərəvəz və digər məhsulların istehsalı üçün istifadə olunacaq. İlkin razılaşmaya görə, istehsal ediləcək meyvə və tərəvəz  Xankəndindəki “Artsakh Fruit” konserv zavoduna satılacaq.
“Kənddə  donuz və quş fermaları da inşa edilməkdədir. Tikinti işləri artıq başlayıb.  Quşçuluq fermasında inkubator şöbəsi də olacaq. Bütün bunlar kəndliləri yeni iş yerləri ilə təmin edəcək və  kəndə gəlir gətirəcək. Həmçinin, kəndin iki  məhəlləsini birləşdirmək üçün Həkəri çayı üzərində  körpü  də inşa edilir”,- deyə Azərbaycan kəndinin erməni rəhbəri söyləyib.
Xəbərdə vurğulanır ki,  Xanlıq kəndi – “Kaşataq rayonunun”(Laçın, Qubadlı, Zənglilan ərazisi)  cənubunda  Həkəri və Bərgüşad çaylarının  daxili sahillərində mərkəz rolunu oynayır.  Laçın-Zəngilan və Gorus-Hadrut yollarının kəsişməsində yerləşən kənd strateji əhəmiyyətə malikdir və bu yaşayış məntəqəsinin inkişafı  erməni “hakimiyyət” orqanları üçün xüsusilə vacibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button