ArxivXəbər lentiXəbərlər

Ermənilər Cəbrayılda kilsə açdılar – FOTOLAR

Ermənilər Azərbaycanın işğal altındakı Cəbrayıl rayonunun mərkəzində kilsə açıblar.

İş adamı Qriqor Movsisyanın ianəsi ilə inşa edilən kilsənin açılışına yaxınlıqda yerləşən hərbi hissənin əsgərləri və yepiskop Vrtanes Abraamyan qatılıb. Abraamyan Azərbaycanın işğal altındakı torpaqlarda xristianlığın möhkəmlənməli olduğunu deyib.

Bundan başqa, mərasimə separatçı “Qarabağ ordusu” komandanının müavini, general-mayor Vardan Balayan və “Yerkrapa” hərbi birləşmənin üzvləri də qatılıb.

Ermənistan işğal etdiyi Cəbrayıl rayonunun adını indiki mənbələrdə Djrakan kimi qeyd edir(modern.az).

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button