ArxivXəbər lentiXəbərlər

Erməni millətçisi Bakıda konsert verəcək-VİDEO

Ermənilərin sevimli müğənnisi, erməni millətçisi, ifalarında daim qondarma erməni soyqrımını təbliğ edən Zara Mgoyan iyulun 29 -da Bakıda konsert verəcək.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, “Jara 2018” musiqi festivalının bağlanış mərasimində xüsusi konsert proqramı ilə çıxış edəcək.

Rusiyanın əməkdar artisti olan Zara Paşa qızı Mgoyan 1983-cü ildə Sankt-Peterburqda anadan olub. Əsl adı Zərifə olan Zaranın bir tərəfi yezidi kürdü, bir tərəfi isə ermənidir. Onun ailəsi Ermənistanın Gümrü bölgəsindəndir.

Zara Mgoyan qondarma erməni soyqrımına həsr edilmiş “Dled Yaman” və “Mənim Ermənistanım mahnısı ilə məşhurlaşıb.

“Jara 20118” musiqi festivalının təşkilatçıları Azərbaycanın xalq artisti, müğənni və bəstəkar, rusiyalı milyonçu Araz Ağalarovun oğlu Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Bəstəkar Emin Ağalarov bu ilki festivalda 1000 nəfər musiqiçinin iştirak edəcəyini bildirib.

Qeyd edək ki, iyulun 26-dan 29-dək “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, LOBODA, EMİN, A Studio, Dima Bilan, Sergey Lazarev, Qlyukoza, Qradusı, NYUSHA, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button