ArxivXəbər lentiXəbərlər

Erməni mediası: Ruhani ermənilərin milli ləyaqətini alçaltdı

Azərbaycanda bəzi mediaların hədəfinə tuş gələn İran prezidentinin Ermənistana səfəri erməni mediasının da tənqidinə tuş gəlib

İslamazeri.az xəbər verir ki, Ermənistanın “armeniareport” saytında Nils Arutunyan yazdığı məqalədə İran prezidenti Həsən Ruhaninin Ermənistana etdiyi səfər zamanı erməniləri təhqir etdiyini iddia edib.

Məqalədə bildirilir ki, Həsən Ruhaninin səfərindən öncə Ermənistan XİN açıqlama yayıb. Açıqlamada “İran prezidentinin səfəri çərçivəsində İran tərəfi bizə müraciət edərək təkid edib ki, “Soyqırım Abidəsi”nin ziyarəti səfər protokolundan çıxarılsın. Buna səbəb isə, bəzi ölkələrin narahat ola biləcəyi göstərilib.”

Məqalənin davamında bildirilir ki, bu “narahat ola biləcək ölkələr” deyildikdə, Azərbaycan və Türkiyə nəzərdə tutulub. Nəticə olaraq, rəsmi İrəvan “Soyqırım Abidəsi”nin ziyarətini səfər proqramından çıxarmalı olub.”

Məqalənin davamında deyilir: “Nə oldu? Niyə Sarkisyan farslara bizim şərəf və ləyaqətimizi tapdalamağa izin verdi? Hansı haqla, Sarkisyan üzünə tüpürdükləri halda yağış yağdığı təəssüratını yaradırdı? Belə çıxır ki, Ruhani səfəri zamanı ən çox Azərbaycan və Türkiyəni narahat etməməyi düşünüb.”

İsrail baş nazirinin Bakıya səfərinə işarə edən yazar: “Bakı çox gümanki Netanyahunu qəbul edərkən İran və Ruhaninin narahat olması haqda heç düşünməyib. Beləliklə, Ruhani və Sarkisyan erməni xalqını alçaltdılar. Biz daha nə gözləməliyik? Farslar müsəlman olmaqla yanaşı, xaindirlər və öz maraqlarına zidd olan bir şeyi etməzlər.”

Qeyd edək ki, armeniareportun bu yazısı bəzi saytlarda da yayımlanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button