ArxivXəbər lentiXəbərlər

Erməni analitikdən şok: İnqilab dalğası Qarabağda

Ermənistanın legitim hakimiyyətinin devrilməsindən sonra ortaya çıxmış əsas problem, cəmiyyətin iki hissəyə bölünməsidir. Qarabağ tərəfdarları inqilabi hakimiyyətə dəstək vermək istəmirlər.
qafqaz.ir  Teleqraf.com – a istinadən  xəbər verir ki, bunu erməni analitik Aram Tadevosyan deyib.
Ekspert Ermənistanda baş verən gərgin ictimai-siyasi proseslərin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə sıçrayacağını istisna etmir.
Aram Tadevosyan hesab edir ki, Qarabağda vəziyyətin gərginləşməsi bölgədəki separatçıların başçısı Bako Saakyanın öz “iqtidarını” itirməsinə gətirib çıxaracaq:
“İnqilab dalğasının Qarabağa gəlib çıxacağı qaçılmazdır. Qarabağ ermənilərinin başçısı Bako Saakyan isə Ermənistan prezidenti Serj Sərkisyanın xəttini davam etdirmək niyyətindədir.
Lakin “Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşdırılmasından sonra Saakyan və tərəfdarlarının hakimiyyət gücünü əllərində saxlamağın perspektivsizliyini də görürlər. Buna görə də, Qarabağ başçıları Ermənistanın yeni hakimiyyətini aldatmaq istəyir və bu məqsədlə İrəvana hər cür dəstək nümayiş etdirdiyini göstərməyə çalışır. Lakin İrəvan bunun süni oyun olduğunun fərqindədir”.
Analitik bildirib ki, işğal bölgəsinə “rəhbərlik edən şəxslərin bölgəni “çirkli pulların yuyulması mərkəzinə” çevirdiyi, strukturlardakı korrupsiya, qanunsuz bizneslə məşğul olduğu faktları Ermənistanın inqilabi hakimiyyətinə bəllidir: “Bu isə Saakyan rejiminin gözlənilməz zərbə qarşısında qoyur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button