Elxan Şükürlü: Görüşün İmam Rizanın (ə) viladət günlərinə planlaşdırılması mənalıdır
Ədalət Partiyasının sədr müavini bildirib ki, Azərbaycan və İran prezidentlərinin görüşünün məhz İmam Rizanın (ə) viladət günlərinə planlaşdırılmasının xüsusi mənası, dərin siyasi məzmunu var.
Elxan Şükürlü özünün feysbuk məqaləsində yazır: “İki prezidentin məhz belə bir tarixdə görüş keçirməsinin razılaşdırılması ilə öncədən hər iki dövlət və xalq arasında ortaq dəyərlərin, birləşdirici bağların olduğunun və bundan sonrakı münasibətlərdə də məhz bu dəyərlərin, birləşdirici bağların bünövrə, əsas olacağı, anlaşılmazlıq və gərginliklərin çözülməsi istiqamətində real addımların atılacağı mesajı verilir. Çünki İslam tarixini oxuyanlar yaxşı bilir ki, İmam Rizanın (ə) şəxsiyyəti həmişə müsəlmanlar arasında birləşdirici, bütövləşdirici, bağlayıcı amil olub.Partiya funksionerinin fikrincə, Qərb bu görüşün baş tutmaması, Azərbaycan-İran münasibətlərinin daim gərgin qalması üçün indiyədək hər şeyi edib, edir və bundan sonra daha çox edəcək! Qərbin son 30 ildə əsas strategiyası o olub ki, Rusiya və İran arasında yeganə quru bağ, quru dəhliz olan Azərbaycanda əhali həmişə bu iki ölkəyə – İran və Rusiyaya nifrət üzərində köklənsin, bu iki nəhəng və qüdrətli dövlətlə davamlı konflikt şəraitində yaşasın. Politoloq sonda yazır: “Biz İran və Rusiyaya nə qədər nifrət etsək, bu nifrət bizi daha çox Qərbə sığınmağa, onların hər istəyini yerinə yetirməyə vadar edəcək”.