ArxivXəbər lentiXəbərlər

Elşən Mustafaoğlunun məhkəməsində şahidlər ifadə veriblər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri olmuş Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses qapalı keçirilib.

Vəkil Əfqan Məmmədovun verdiyi məlumata görə, prosesdə şahidlərin dindirilməsi davam edib. Prosesdə İslam Partiyasının sabiq sədr əvəzi Elçin Manafov ifadə verib.

Məhkəmə prosesi avqustun 30-da davam etdiriləcək.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button