ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Elşən Abbasovun məhkəməsi ikinci dəfə təxirə salındı

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü, keçmiş siyasi məhbus Elşən Abbasovun məhkəməsi növbəti dəfə təxirə düşüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində avqustun 25-nə təyin olunan proses şahidlərin iştirak etmədiyinə görə 30 avqust saat 11:30-a təyin edilib.

YADDAŞ

Bərdədə xeyriyyəçi və Quran müəllimi kimi xüsusi nüfuza sahib olan Elşən Sərdar oğlu Abbasovun bu üçüncü həbsidir. O, ilk dəfə 2012-ci ilin oktyabr ayının 5-də Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında saxlanılıb. Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham edilən E.Abbasov haqqında Nərimanov məhkəməsi 1 il müddətinə azadlıqdan məhrumetmə qərarı verib.

E.Abbasov 2017-ci ilin oktyabr ayında yenidən həbs edilib. Onu CM-nin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub.

2018-ci ilin iyununda Bərdə rayon məhkəməsinin hökmü ilə Elşən Abbasov 2 il 6 ay həbs cəzası verilib.

Üçüncü dəfə 2022-ci martın 3-də saat 17:30-a yaxın iş yerinin yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

2022-ci il artın 5-də Nərimanov rayon məhkəməsi Elşən Abbasov barəsində 4 ay həbs qərarı çıxarıb. E. Abbasov 234.4.3 maddəsi ilə (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma — əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə) ittiham irəli sürülmüşdü.

Elşən Abbasovu eyni zamanda narkomaniyaya qarşı mübarizə aparan şəxs kimi tanıyırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button