ArxivXəbər lentiXəbərlər

Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İstanbulda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb. 

Görüş Dolmabaxça sarayında keçirilib.

Nazirlər iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin hazırki durumu, o cümlədən nəqliyyat, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər iki ölkə arasında dərin tarixi köklərin, din və mədəni ortaqlığın olduğunu vurğulayıblar, iki qonşu ölkənin iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığının  zəruriliyini diqqətə çatdırıblar. XİN başçıları eyni zamanda yeni layihələrin reallaşdırılmasının əhəmiyyətini qeyd ediblər.

Daha sonra Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri – Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin üçtərəfli formatda altıncı görüşü başlayıb.(Report)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button