ArxivXəbər lentiXəbərlər

Elmar Məmmədyarov: “Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vurub”

Azərbaycan xarici işlər naziri Avropa Parlamentinin son qətnaməsinə reaksiya olaraq deyib: “Hər hansı təsisat Azərbaycanla münasibətdə bu cür qeyri-etik ifadə formasını seçirsə, adekvat və qeyri-adekvat formada öz cavabını alacaq”

“Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vurub. Tələsik formada qəbul olunan bu qətnamədə Azərbaycanla bağlı qərəzli və böhtan xarakteri daşıyan iddialar irəli sürür”.

Trend-in verdiyi məlumata görə bunu xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Feridun Siniroğlu ilə keçirdiyi mətbuat konfransı çərçivəsində Avropa Parlamentinin Azərbaycanla əlaqədar qəbul etdiyi qətnamə barədə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq, etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrdən istifadə edilir: “Bu isə qəbuledilməzdir. Belə bir qətnamənin qəbul edilməsi heç bir diplomatik məntiqə sığmır. Azərbaycan müstəqil və suveren ölkədir. Heç bir suveren dövlət diktə və siyasi təzyiq tərzli davranışı qəbul edə bilməz. Tövsiyə edərdik ki, dəyərlərdən danışan Avropa Parlamenti bütün Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, ksenofobiya, şovinizm, İslamofobiya, radikalizm, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsun”.

E. Məmmədyarovun sözlərinə görə, təəssüf doğuran hal odur ki, Avropa Parlamenti özündə cəsarət tapıb miqrant ailəsindən olan azyaşlı uşağın faciəli ölümünün mətbuat azadlığı adı altında karikatura obyektinə çevirərək məsxərəyə qoyulması məsələsini müzakirə etmir və münasibət bildirmir. “Bildiririk ki, hər hansı bir təsisat Azərbaycanla münasibətdə bu cür qeyri-etik ifadə formasını seçirsə, biz tərəfindən də adekvat və qeyri-adekvat formada öz cavabını alacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button