ArxivXəbər lentiXəbərlər

Eldar Mahmudovun mühafizəçiləri necə milyoner olub?

Keçmiş nazirin hansı adamları ölkədən qaça bilib?

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun mühafizəçiləri barədə yeni məlumatlar yayılıb. Moderator.az-a məlumat verən mənbənin sözlərinə görə, 50 min manat məbləğində işə düzələn mühafizəçilərin böyük əksəriyyəti bu işə böyük prestij və hədsiz qazanc mənbəyi kimi yanaşıb.

Belə ki, onların böyük əksəriyyəti Eldar Mahmudovun mühafizəçisi statusundan istifadə edərək külli miqdarda pul qazanmaq üçün müxtəlif “razborka”larda, mübahisə və qarşıdurmalarda, hətta silahlı toqquşmalarda yer alıb, lazım gələndə paqonlu himayədar qismində çıxış edib: “50 min manat verib mühafizəçi işinə düzəlmək və ayda bir neç yüz manat maaş almaq təbii ki, kimsəyə sərf edən bir iş deyil. Hansı ki, Eldar Mahmudovun yanında mühafizəçi vəzifəsinə düzələnlər də bunun maddi baxımdan sərfedici olmadığını bilirdi. Bu şəxsləri mühafizəçisi vəzifəsində işə düzəlməyə təhrik edən yeganə amil bu işin hədsiz dərəcədə prestijli olması, qanunsuz yollarla varlanmaq üçün geniş perspektivlər açması idi. Belə ki, mühafizəçi sistemində işə düzələn şəxslər həm dövlət, həm də qeyri-dövlət orqanlarında öz statuslarından yerli-yersiz istifadə edir, bəzi hallarda isə Eldar Mahmudovun adından qanunsuz tələblər irəli sürürdü. Onlar pul qazanmaq üçün məmurlar və iş adamları arasındakı razborkalarda iştirak edir, pul və əmlak mübahisələrinin həlliylə məşğul olur və bunun müqabilində böyük miqdarda ”zəhmət haqqı” əldə edirdilər. Milyonluq qalmaqallara qarışan və nəticədə yüz min manatlarla qanunsuz gəlir əldə edən bu şəxslər müxtəlif obyektləri, ticarət mərkəzlərini, otel və restoranları da himayə edir, himayə etdikləri bu obyektlərdən müntəzəm şəkildə aylıq pul alırdılar.

Maraqlı məqamlardan biri ondan ibarətdir ki, mühafizəçilərin bir qismi bir-birlərinin nüfuz dairəsinə daxil olmamaq, bir-birlərinin işinə qarışmamaq, bir-birləriylə üz-üzə gəlməmək üçün öz aralarında paytaxt və paytaxtətrafı yaşayış məntəqələriylə bağlı ərazi bölgüsü aparıb, bu ərazilərin nəzəri bölgüsünü reallaşdırıb. Illər uzunu onların hər biri öz nüfuz dairəsinin, “xanlığının” hökmdarı kimi davranıb. Məhz bu yol, bu dəsti-xətt onları qısa zamanda sözün həqiqi mənasında milyonçuya, söz və zor sahibinə çevirib”.

Musavat.com isə yazıb ki, Eldar Mahmudov “vurulandan” sonra ölkədən qaçmağa müvəffəq olanlardan biri də onun yaxın ətrafına daxil olan “Akula Akif” ləqəbli Akif Mustafayevdir. Bu şəxs Eldar Mahmudov vəzifədən çıxarılandan bir gün sonra Azərbaycandan qaçıb. Hazırda Londonda gizləndiyi haqda məlumatlar var. Akif Mustafayev Eldar Mahmudovun badə yoldaşı olmaqla bərabər imkanlı sahibkarlar haqda ona məlumatlar ötürməklə məşğul olub. Sonradan həmin şəxslər müxtəlif bəhanələrlə həbs olunub, təhdid edilib və milyonları əllərindən alınıb.

Məlumatda deyilir ki, hazırda Dubayda gizləndiyi ehtimal edilən Polad Qabulov da “Akula Akif”in funksiyasını yerinə yetirib. Onun barəsində hüquq-mühafizə orqanlarına müraciət edən isə Nizami adlı iş adamı olub. “Akula Polad”ın verdiyi məlumatlar əsasında Nizami adlı iş adamının başına torba keçirib MTN-ə aparan “mahmudovçu”lar onun bank hesabından 2 milyon manat alıb özünü əlavə olaraq 2 milyon manat ödəməsi şərti ilə azad ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button