ArxivXəbər lentiXəbərlər

Eldar Mahmudovla faktiki olaraq “razborka” aparılır

İlham İsmayıl: “Eldar Mahmudov olayı və ümumiyyətlə MTN çetesi ilə bağlı məsələlər devalivasiyadan sonra meydana çıxdı”

Millət vəkili Zahid Oruc keçmiş milli təhlükəsizlik naziri (MTN) Eldar Mahmudovun bu günə qədər hansı səbəbdən həbs edilməməsinə dair maraqlı fikir səsləndirib. Deputatın iddialarına görə, ola bilər ki, Eldar Mahmudovun taladığı milyardları ölkəyə gətirəcəyi təqdirdə, keçmiş nazirin həbs edilməyəcəyinə dair təminat verilib. Bu səbəbdən də MTN şefi indiyə kimi həbs olunmur.

Bəs görəsən Zahid Orucun səsləndirdiyi fikirlər nə dərəcədə realdır?

İslaminSesi mövzunu Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayılla müzakirə edib. İlham İsmayıl bildirib ki, MTN-lə bağlı məsələlər elə cərayan edir ki, burada hüquqi əsaslara söykənib konkret söz demək, fikir yürütmək çox çətindir: “ Eldar Mahmudovla faktiki olaraq “razborka” aparılır. “Razborka” da isə Zahid Orucun səsləndirdiyi fikirlər də mümkündür. Çünki Eldar Mahmudov olayı və ümumiyyətlə MTN çetesi ilə bağlı məsələlər devalivasiyadan sonra meydana çıxdı. 11 il ərzində Eldar Mahmudov və onun dəstəsinin üzə çıxmayan cinayətləri, hansı səbəbdən 1 il ərzində qabardıldı?-deyə bir sual yaranır. Yəni bu məsələlər ölkədə qıtlığın yarandığı, devalivasiyanın baş verdiyi və neftin qiymətinin aşağı düşdüyü bir vaxtda qabardıldı. Zahid Orucun dediyində həqiqət odur ki, Eldar Mahmudovdan, taladığı pulların geri gətirilməsi tələb oluna bilər. Lakin bu pulların büdcəyə və ya kimlərinsə hesabına yatırılacağını demək çətindir. Ümumiyyətlə Mahmudovun hansı səbəblərdən həbs edilməməsinə dair səsləndirilən fikirlər çox olsa da, Zahid Orucun iddiaları da həqiqətə uyğundur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button