ArxivXəbər lentiXəbərlər

Eldar Mahmudov haqqında yeni şok faktlar açıqlandı

MTN-nin daha bir generalının həbs xəbəri yayıldı; Keçmiş nazirin atasının adına olan məktəb söküldü

Milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən qovulandan sonra onun komandası barədəxəbərlər səngimir. Keçmiş nazirin törətdiyi qanunazidd hərəkətlərin əsas iştirakçısı olan MTN generalı Akif Çovdarov artıq həbs edilib. Criminal.az-ın məlumatına görə, general-mayor Çovdarov iki gün əvvəl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsi tərəfindən tutulub. Onun Bakıdakı biznesini isə qardaşı Asif idarə edir.

Moderator-un məlumatına görə isə Akif Çovdarova məxsus Binəqədi rayonunda, ZərifəƏliyeva parkının qarşısında, “Zeytunluq” adlanan yaşıllıq massivində tikilmiş şadlıq evi sökülür.

Məlumata görə, tikilən, amma istifadə verilməyən şadlıq evinin tikintisi üçün Bakı Şəhər Icra Hakimiyyəti 2009-cu ildə sərəncam verib.

Akif Çovdarov əvvəllər həbsxana işçisi olub. Eldar Mahmudov 1993-2003-cü illərdə Iqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin və Iqtisadi sahədə Əməliyyat-ƏlaqələndirməBürosunun rəisi vəzifəsində işləyəndə Çovdarovu həmi idarəyə, milli təhlükəsizlik naziri təyin olunanda isə özü ilə MTN-ə gətirib.

Çovdarov da Eldar Mahmudovun kassirlərindən biri kimi tanınır. Onun MTN-də əsas vəzifəsi Azərbaycana gələn iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid edilən həmin iş adamları da Baş Prokurorluğa və Prezident Aparatına etdiyi şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını qeyd ediblər.

Bir neçə gün öncə Akif Çovdarovun oğlu da Milli Məclisdəki işindən çıxarılıb.

Hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Aqil Xəlil 2008-ci ilin fevralında məhz Akif Çovdarov və MTN digər zabiti Dağbəyi Allahverdiyev tərəfindən “Zeytunluq” deyilənərazidə döyülmüşdü. Bundan sonra Aqil Xəlilə təzyiqlər başlamış və martda işdən evə gedərkən ürək nahiyəsindən bıçaq zərbəsi almışdı. Iyul ayında isə Aqil Xəlil beşinci cəhddən sonra Azərbaycanı tərk etmişdi.

Eldar Mahmudovun atasının adına olan məktəb söküldü

serur-sokulen-mekteb

Bu arada məlumat yayılıb ki, Naxçıvanda Eldar Mahmudovun atası mərhum Əhməd Mahmudovun adını daşıyan lisey ləğv edilib. Qeyd edək ki, bundan əvvəl Əhməd Mahmudovun həmin məktəbin önündəki büstünün götürüldüyü barədə məlumat yayılmışdı. Məlumatda qeyd olunurdu ki, həmin büst Eldar Mahmudov işdən azad edildikdən uçurulub.

Modern.az-ın yaydığı məlumata görə, Əhməd Mahmudovun adını daşıyan lisey ləğv edilərək həmin ərazidə fizika-riyaziyyat təmayüllü yeni lisey tikilir. Naxçıvandakı mənbənin sözlərinəgörə, ola bilər ki, mərhum eks-nazirin atasının büstü bu səbəblə götürülüb.

Eldar Mahmudovun “Narşərab” restoranı satışa çıxarıldı

Eldar Mahmudova məxsus olduğu bildirilən “Nar Şərab” restoranı isə satışa çıxarılıb. Bu barədəmoderator.az-a etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, sabiq nazir Eldar Mahmudova məxsus olan restoranın adı “MTN işi”ndə hallanandan sonra restoran müştəri üzünəhəsrət qalıb. MTN-lə bağlı son olaylardan sonra “Nar Şərab” restoranının dövlətin xeyrinəmüsadirə edilməsi gözlənilirdi ki, bu gözləntinin istənilən an reallığa çevrilməsi mümkündür. Görünür, məhz bu baxımdan sabiq nazir heç olmasa bu məsələdə hadisələri qabaqlamaq üçün öz yaxın çevrəsinin əlaqələrindən istifadə edərək restoranı satmaq niyyətinə düşüb.

Lakin mənbə hesab edir ki, Eldar Mahmudov hətta bu niyyətini həyata keçirsə belə, restoranın satışından əldə ediləcək pulun ona qalması inandırıcı görünmür: “Belə ki, adı milyardlarla manatlıq rüşvət və korrupsiyada, mənimsəmədə hallanan Eldar Mahmudovun nəinki restoran vəticarət mərkəzlərinin, hətta bu gün yaşadığı evin belə dövlət tərəfindən müsadirə ediləcəyi ehtimalı kifayət qədər böyükdür. Çünki dövlət büdcəsində ciddi kəsirlərin olduğu indiki dönəmdəEldar Mhmudovun oğurladığı pulların bəlli bir qisminin belə dövlətə qaytarılması xalqın vədövlətin mənafeyi baxımından onun həbsindən qat-qat önəmli bir məsələdir. Çox güman ki, Eldar Mahmudovun həbsxana həyatı dövlətdən oğurladıqlarını dövlətə qaytardırdan sonra başlayacaq”.

Mənbə “Nar Şərab” restoranının hansısa iş adamı və ya məmur tərəfindən alınması ehtimalının da son dərəcə aşağı olduğunu vurğulayıb: “Adı ”MTN işi”ndə keçən və taleyi sual altında olan “Nar Şərab” restoranının hansısa iş adamı və yaxud məmur tərəfindən alınması ehtimalı yox sayılacaq qədər aşağıdır. Çünki indiki halda ali siyasi rəhbərliyin və istintaq qrupunun əsas diqqət mərkəzində olan bir restoranı almaq vəzifə və sosial statusundan asılı olmayaraq kimsəyə yaxşı heç nə vəd etmir. Indiki situasiyada belə bir addım 25 milyon manatdan könüllü imtina etmək deməkdir ki, kimsənin bu qədər məntiqsiz addım atacağı inandırıcı deyil. Bu isə o deməkdir ki, Eldar Mahmudovun “Nar Şərab”a tapa biləcəyi yeganə müştəri yenə də dövlət olacaq. Hansı ki, bu müştərinin “Nar Şərab” qarşılığında Eldar Mahmudova verə biləcəyi yeganə şey yalnız həbsxana həyatıdır”.

Rəşad Məmmədovun işində MTN izi

“Dövlət Bayrağı Meydanı Kompleksi Idarəsinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgəhəbs olunan digər iki təqsirli, hələ də niyə həbs olunduqlarını bilmirlər”.

Bu sözləri isə Dövlət Bayrağı Meydanı Kompleksi Idarəsinin sabiq rəisi Rəşad Məmmədovun iş üzrə təqsirli bilinən Isfəndiyar Isfəndiyarovun vəkili Iradə Cavadova deyib. “Qafqazinfo”nun məlumatına görə, vəkil bildirib ki, təqsirləndirilən şəxslər hazırda MTN-nin təcridxanasında saxlanılırlar. Vəkil bildirir ki, onların ittiham olunduqları Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə bağlı istintaq işi polis orqanları tərəfindən aparılmalı olsa da, nədənsə iş MTN istintaqı tərəfindən aparılır.

Iradə Cavadovanın sözlərinə görə, müstəntiq məhz mayın 12-də şikayətçi Zabil Salmanovunərizəsindən sonra həmin üç şəxs barəsində cinayət işi açıldığını bildirib. Vəkil bildirir ki, şikayətçi Rəşad Məmmədov, Isfəndiyar Isfəndiyarov və Arzu Məmmədovun Nizami küçəsi 44 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyət hüquqlarını əldə etmək üçün ona cəmi 600 min manat verdiyini iddia edir: “Əlimizdə isə Zabil Salmanovun öz əli ilə yazdığı ərizə var. Həmin ərizədəözü şəxsən 4 milyon 700 min manat aldığını və başqa tələbinin olmadığını təsdiqləyir. Prokurorluq nə qədər müəmmalı olsa da, işi MTN-ə həvalə edir. Zabil Salmanovun 4 milyon 700 min aldığına dair ərizəsi müstəntiqə təqdim olunsa da, həmin ərizə görünür ki, iş materiallarınaəlavə edilmir. Çünki əlavə edilsəydi həmin şəxslər hazırda həbsdə olmamalı idilər.

Mənim hüquqlarını müdafiə etdiyim şəxs Isfəndiyar Sabir oğlu Isfəndiyarovun isə bu işləümuiyyətlə əlaqəsi yoxdur. Prosesdə iştirak etməyib, imzası yoxdur. Lakin hələ də MTN təcridxanasında saxlanılır və haqqında çıxan həbs qətimkan tədbiri uzadıla bilər. Müstəntiq özü Zabil Salmanova deyib ki, bu işin yuxarıdan tapşırılıb. Buradan belə nəticəyə gəlmək olar ki, onların həbsi MTN-nin keçmiş nazirinin tapşırığı ilə həyata keçirilib.

Həbs olunan şəxslərə o qədər təzyiqlər edilir ki, həftədə bir dəfə ailələrinə zəng etmək hüquqlarından istifadə edə bilmirlər. Müdafiə etdiyim şəxs həbsdə olduğu 6 ay ərzində 30 kiloqram çəki itirib. Onlar hələ də niyə həbs olunduqlarını bilmirlər”.

Rəşad Rəfael oğlu Məmmədov, Isfəndiyar Sabir oğlu Isfəndiyarov və Arzu Ümid oğlu Məmmədova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan olunub.

Eldar Mahmudov haqqında ağılasığmaz daha bir ittiham

Qobustanın Ilanlı kənd sakini Irşad Hüseynov isə moderator.az-a Eldar Mahmudovla bağlı ittiham dolu məktub göndərib. Həmin məktubu təqdim edirik: “Mən, Irşad Hüseynov əslən Qobustan rayonu Ilanlı kəndinin sakiniyəm. Lakin Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəyaşayıram. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində məsul katib vəzifəsində işləyirəm.

2015-ci ilin sentyabr ayında Qobustan rayonunda yaşayan qohumlarım tərəfindən mənə zəng edilərək bildirildi ki, Ilanlı kəndində yerləşən və bizim nəslin nümayəndələrinə, yəni qədim “Ilanlı bəyləri”nə məxsus qəbiristanlıqda naməlum şəxslər tərəfindən qazıntı işləri aparılır. Işdən icazə alaraq həmin əraziyə yollandım. Qazıntı aparılan yerə çatdıqda həmin ərazidə bir neçəşəxsin dayanaraq müşahidə apardığının, eyni zamanda ekskavatorun qəbiristanlığı qazdığının şahidi oldum. Ərazidə 10-PL-636, 90-SE-067 və 90-KX-889 dövlət nömrə nişanlı avtomobillər dayanmışdı. Bu görüntü məndə şok effekti yaratdı. Belə ki, orada uyuyan ulu babalarımın qəbir daşları və məzarları yerlə yeksan edilmişdi. Mən yaxınlaşıb nə baş verdiyini öyrənmək istədim. Qarşıma çıxaraq məni itələyən və özünü Milli Təhlükəsizlik Nazirliyinin Qobustan rayon şöbəsinin rəisi Əfqan Məmmədov kimi qələmə verən şəxs nazir Eldar Mahmudovun göstərişi iləburada qızıl axtardıqlarını və həmin qızılların qəbirlərdə yerləşdiyini bildirdi. Daha sonra məni təhqir edərək ərazidən qovdu. Mən, polisin 102 xidmətinə zəng etsəm də hadisə yerinə gələn polislər MTN-in Qobustan rayon rəisi Əfqan Məmmədovu gördükdə oradan uzaqlaşdılar və məni də ərazidən qovdular.

Növbəti gün hadisə yerinə gedib baxdıqda oradakı 73 ədəd qəbirin yerlə yeksan edildiyini və 73ədəd baş daşının oğurlandığını gördüm. Hadisə yerinə yığışan Ilanlı kəndində yaşayan qohumlarımızla birlikdə həmin gün bununla bağlı MTN-ə və Baş Prokurorluğa şikayət etdik. Bundan sonra daimi olaraq rəis Əfqan Məmmədov tərəfindən mobil telefonuma çoxsaylı zənglər edildi. Ə.Məmmədov hər dəfə zəng etdiyində heç yerə şikayət etməməyimizi, əks təqdirdə həbs ediləcəyimizi bildirirdi. Nəhayət, o, məni israrla Qobustan rayonunda yerləşən “Nəriman kafesi”nə dəvət etdi. Yanında olan 2 nəfər zahirən idmançıya bənzəyən şəxslərin öz mühafizəçiləri olduqlarını söylədi. Həmin şəxslərdən biri olan Zamiq adlı şəxs üzərindəki qızıl axtaran cihazı mənə göstərərək işlərinə yaradığını, qəbirlərdən bir neçə kiloqram qızıl tapdıqlarını və “əritdiklərini” kobud formada üzümə söylədi. Rəis Əfqan Məmmədov isə söhbət zamanı məni hədələyərək üstündəki silahı mənə göstərdi və bir daha şikayət edəcəyim təqdirdə məni öldürəcəyini bildirdi.

Baş verənlərdən çox qorxmuşdum. Bir tərəfdə vəfat etmiş qohumlarıma məxsus 73 ədəd qəbirin dağıdılaraq baş daşlarının oğurlanması, digər tərəfdə isə həyatımın təhlükə altında olması şərəf vələyaqətimə toxunurdu. Hazırda həmin qəbiristanlıqdakı (Bakı-Şamaxı yolunun Ilanlı kəndindən keçən hissəsində) 73 ədəd qəbirdən əsər-əlamət yoxdur. Həmin ərazi ekskavator vasitəsilətamamilə qazılaraq yox edilib və düzənlik kimi görünür.

Mən milli təhlükəsizlik nazirinin birinci müavini cənab Mədət Quliyevdən və baş prokuror Zakir Qaralovdan xahiş edirəm ki, pozulmuş hüquqlarımız bərpa edilsin və cinayətkar barəsindəmüvafiq tədbir görülsün”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button