AktualAktualArxivXəbər lentiXəbərlər

Eldəniz Quliyev Mövsüm Səmədovla görüşüb

“Bu gün nəhayət ki, Qobustan həbsxanasında Mövsüm Səmədovla görüşə bildim. Əhval-ruhiyyəsi yaxşı idi. Dost-tanışlara, İslam Partiyasının üzvlərinə, sədr əvəzi Hacı İlham Əliyevə, eləcə də dini camiyə – İslami, əxlaqi və mənəvi dəyərlər uğrunda mübarizə aparan bütün qardaş-bacılara salamlarını göndərdi.”

qafqaz.ir FaktXəbər-in  verdiyi məlumatına görə, bu barədə Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev AİP lideri Mövsüm Səmədovla görüşündən sonra bildirib.

Onun sözlərinə görə, AİP lideri həmçinin insan hüquq və azadlıqlarının qorunması istiqamətində fəaliyyət göstərən Leyla Yunusa, vəkil Yalçın İmanaova xüsusi sayğı və minnətdarlığını çatdırmağı xahişi edib:

“Hacı Mövsümlə ölkədə və dünyada baş verən hadisələr barədə geniş fikir mübadiləmiz oldu. Deyim ki, dəyərli hacı bütün əhəmiyyətli hadisələrdən xəbərdardır; olaylara münasibətdə isə, həmişə olduğu kimi, böyük ruh yüksəkliyi və mübarizə əzmi nümayiş etdirir. O, ABŞ prezidenti Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını, sözün əsl mənasında, siyası sərsəmlik kimi dəyərləndirdi və bu bədnam qərara qarşı sərt şəkildə etiraz etməyin vacibliyini vurğuladı. Ölkənin dini kəsimi ilə mütərəqqi düşüncəli ziyalıların, habelə mənəviyyatlı yaşam tərzi, xoşbəxt və demokratik Azərbaycan uğrunda mücadilə aparan insanların bir araya gəlməsinin talehyüklü məsələ olduğunu vurğuladı.

Məndə belə təəssürat yarandı ki, Hacı Mövsüm Səmədov azadlıqda yaşayanların çoxundan azaddır. Və bir daha əmin oldum ki, iman sahibi, ibadət əhli, özünün dini dəyərlər daşıyıcısı missiyasını dərk edən, ən başlıcası, ruhən azad olan insan üçün həbsxana divarları və qıfıllı qapılar heç vədə qorxulu reallıq sayılmır!..

Allah-Təalanın köməyi və haqq uğrunda mübarizə sayəsində o qapılar da, o qıfıllar da açılar, inşallah!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button