ArxivXəbər lentiXəbərlər

Eldəniz Quliyev İstintaq İdarəsinə çağrılıb

Azərbaycan Ziyalılar Birliyinin sədri, tanınmış kinodramaturq, rejissor, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə çağrılıb.

Bu haqda E.Quliyev facebook səhifəsində məlumat verib. O, bazar ertəsi (01 may 2017 tarixdə) saat 10: 00-da İstintaq İdarəsində olacağını yazır.

Bu dəvətin nə ilə əlaqədar olduğu bildirilməsə də, VETENUGRUNDA.AZ-a daxil olan bəzi məlumatlara görə, E.Quliyevin çağırılmasının səbəbi onun ictimai -siyasi fəaliyyəti ilə bağlıdır.

Belə ki, kinodramaturq son illər təqib və həbs edilən inanclı kəsimin, eləcə də siyasi məhbusların müdafiəsinə qalxan çox az ziyalılardandır.

Bu fəaliyyətinə görə, o, dəfələrlə hüquq-mühafizə orqanlarına dəvət edilib və dindirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button