AktualAktualArxivQarabağXəbər lentiXəbərlər

Ekspert: Türkiyənin Azərbaycana dəstək vermək iddiaları yalandır

Qarabağda Azərbaycan və Ermənistan orduları arasında gedən döyüşlərə toxunan Əhməd Kazimi deyib: “İran sözün həqiqi mənasında Qarabağ münaqişəsinin dinc yolla həllindən və ölkələrin ərazi bütövlüyünə riayət olunmasından fayda götürür. Ona görə də bir çox oyunçuların əksinə olaraq münaqişənin idarə olunması deyil, onun həll olunmasının ardıncadır.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Qafqaz məsələləri üzrə ekspert doktor Əhməd Kazimi mətbuata verdiyi müsahibəsində deyib: “Qarabağ münaqişəsinin həlli və Azərbaycan Respublikasına dəstək vermək doğrudan da Türkiyə üçün önəmlidirsə, bəs nə üçün Ankara 2000-2008-ci illərdə İsveçrənin vasitəçiliyi ilə həyata keçən “Ermənistan-Türkiyə Sülh Komissiyası” müzakirələrində Qarabağ münaqişəsi barədə söz açmadı? O sülh müzakirələrinin mövzusu yalnız erməni soyqırımı və Ermənistanı soyqırım məsələsini dünya ölkələrinə tanıtmağı izləməməyə qane etməyə təlaş göstərmək oldu. Çünki bu məsələnin beynəlxalq və hüquqi şəkildə tanınması Ermənistanın Türkiyədən kompensasiya tələb etməsi ilə nəticələnəcəkdi.”

Ekspert əlavə edib: “Türkiyə-Ermənistan Sülh Komissiyasının müzakirələri sülh protokolunun imzalanması, Ermənistan və Türkiyə arasında münasibətlərin genişlənməsi müqaviləsi ilə bitdi. 2008-ci ildə iki ölkənin xarici işlər nazirləri arasında sözügedən protokollar imzalandı. Bu müqavilələrin icra olunmamasının əsas səbəbi isə yenə də Qarabağ mövzusu deyildi. Səbəb erməni soyqırımı idi. O vaxt “Beynəlxalq Keçid Ədalət Mərkəzi” Sülh Komissiyasının sorğusuna cavab olaraq 1915-ci il hadisələrini BMT-nin Soyqırım Konvensiyasının (1948) nümunələrindən olduğunu elan etmişdi. Həmin məsələ Ermənistan və Türkiyə arasında imzalanmış sülh müqaviləsinin icra edilməsinin dayanmasına səbəb oldu.

Türkiyə kompensasiya ödəmək məsələsi irəli sürülməsin deyə, müqavilələrin icrasını dayandırdı, lakin Ankara İrəvana təzyiq göstərmək üçün Qarabağ münaqişəsindən alət kimi istifadə etməyi sərtləşdirdi. Beləliklə, protokollara əməl olunmamasına səbəb kimi Qarabağ münaqişəsini göstərməyə səy etdi. Halbuki, Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq, Türkiyənin Ermənistanla 500 milyon dollardan çox ticarət mübadiləsi vardır. Lakin təbliğat sahəsində millətçi və pantürkçü qruplar Türkiyənin Azərbaycanı dəstəklədiyini iddia edirlər, Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin olmamasını Qarabağ münaqişəsi ilə bağlayırlar.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button