ArxivXəbər lentiXəbərlər

“Ehtiyacın varsa götür, yoxdursa gətir” aksiyası bu dəfə Biləcəridə – Foto

İlk dəfə İranda təşkil edilən “Mehribançılıq divarı” və ya “Ehtiyacın varsa götür, yoxdursa gətir” aksiyası dünyada surətlə yayılmaqdadır

İslamazeri.az-ın verdiyi xəbərə görə, Azərbaycanın bir neçə bölgəsində baş tutmuş aksiya, Biləcəridə də təşkil edilib. Burada da. başqa ölkələrdəki ənənə qorunub.  Ehtiyacı olan şəxs buradan seçdiyi paltarı və ya ayaqqabını götürə bilər. Ehtiyacı olmayan və ehsan etmək istəyən sakinlər isə, bu xeyirxah aksiyada iştirak edirlər. Aztəminatlı vətəndaşlarımızın geyim ehtiyaclarını təmin etmək məqəsədi güdən bu xeyriyyə layihəsi 16 mart 2016-cı il tarixindən etibarən fəaliyyətə başlayıb. Aksiyada iştirak etmək istəyənlər, yəni  geyim hədiyyə etmək istəyənlər Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi 12 ünvanına gedə bilərlər. Əlaqə nömrələri isə bunlardır:  (012) 499-09-89, (055) 721-10-98. Layihəni başladanların xahişi isə budur ki, layihəyə dəstək olmaq və geyim hədiyyə etmək istəyənlər geyim və ayaqqabı gətirərkən onların səliqəli və təmiz olmalarına diqqət etsinlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button