ArxivIslamŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Düşmənlərin ən kiçik hərəkəti silahlı qüvvələrimizin gözlərindən yayınmır

 Seyid İbrahim Rəisi, İmam Xomeyni(r.ə)-in hərəmində keçirilən ordu günü üzrə parad mərasimində sonra belə söyləyib: İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının iki qüdrətli qolu kimi, ordu və Sepah-ın bağlılığı və onların qardaşlığı və səmimiliyi bir nümunədir. İran İslam Respublikası Silahlı Qüvvələrinin bir çox qabiliyyəti var. Ən əsas qabiliyyəti budur ki, sadiq qüvvələrə malikdirlər. Bu qüvvələr meydanda həyatlarını təhlükəyə atıb, hər hansı düşmənlə qarşılaşmağa hazırdırlar. Bu gün bizim hərbi bacarığımız nəinki regionda, həm də dünyada dillər əzbəridir. Ordu sanksiya fürsətindən daha da qüdrətli olmaq üçün çox yaxşı istifadə etdi. Bu sanksiya atmosferində ən yaxşı istifadəni hərbi sənaye həyata keçirdi və ordu çox yaxşı bir qabiliyyət əldə etdi.

Rəisi söyləyib: Ordu bütün sahələrdə xalq ilədir, xalqdandır və xalqın arasındadır. Xalqa xidmətdə təqdirəlayiq fəaliyyət göstərib. Korona şəraitində xalqın kənarında olub və çox yaxşı əməl edibdir.

Ölkə prezidenti deyib: İslam İnqilabı tərəfdarlarına bu hazırlığın mesajı, ümid mesajıdır. Düşmən də bilsin ki, silahlı qüvvələrimizin qüdrəti, çəkindiricilik qüdrətidir və sionist rejim kimi düşmənlərin ən kiçik hərəkəti bu sayıq qüvvələrin gözlərindən yayınmır. Bu qüdrət və müqavimətin dünyadakı yoxsullara, məzlumlara və zəiflərə mesajı bdur ki, silahlı qüvvələrimiz onların ümid nöqtəsidir.

29 fərvərdinin İranda ordu günü adlandırılması, İmam Xomeyni(r.ə)-in təşəbbüslərindən olub. Ordu qüvvələri hər il parad mərasimi keçirməklə bu günü qeyd edirlər.

Qeyd olunan paradda ordunun quru qoşunlarının döyüş və zirehli bölmələri; bu qoşunların hava qüvvələrinin helkopterləri; aviasiya qüvvələrinin qırıcıları; hava hücumundan müdafiə qüvvələrinin zenit müdafiə sistemləri və yükdaşıyan dəniz təchizatları tribunanın önündən keçiblər.

Paradda həmçinin quru, dəniz, aviasiya, raket, PUA üzrə yerli hərbi avadanlıq və nailiyyətlərin bir hissəsi nümayiş etdirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button