ArxivIslamXəbər lentiXəbərlər

Düşmənin İslam dünyasına qarşı törətdiyi vəhşiliklər-Foto

Bir çox məscidlərimiz anbar kimi istifadə edilir, bir sıra məscidlərimizdə İslam aləmində haram sayılan donuz və digər heyvanlar saxlanılır
Ermənilərin tarixən Azərbaycana qarşı işğalçılıq və təcavüz siyasəti yalnız 10 minlərlə insanımızın qətli, itkin düşməşi, girov götürülməsi, əlil olması ilə deyil, eyni zamanda, ermənilərin mənəvi dəyərlərimizə qarşı vəhsilikləri ilə səciyyələnir.

Erməni qəsbkarları 20 ildən artıq müddətdə işğal altında saxladıqları Dağlıq Qarabağ və ətraf ərazilərimizdə mənəvi dəyərlərimizə də qarşı vəhşiliklər törətməkdə davam edirlər.
Azğınlaşmış ermənilər BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və digər müvafiq beynəlxalq humanitar qərarların tamamilə ziddinə gedərək işğal olunmuş ərazilərdə yerləşən müqəddəs abidələri, o cümlədən məscidləri dağıtmaqla, onları təhqiredici formada istifadə etməklə öz qeyri-insani mahiyyətlərini açıq-aydın ortaya qoyublar.
Məlumdur ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində 152 müqəddəs abidəni və 62 məscidi talan edib, 927 kitabxanada olan 4,6 milyon nüsxə kitabı, o cümlədən müqəddəs Quranı və nadir İslam əlyazmalarını yandırmaqla məhv ediblər. Bundan əlavə, çoxlu sayda tarixi, mədəni və İslam abidələri və nümunələri işğal olunmuş ərazilərdən Ermənistana aparılıb. Onların çoxu dünyada keçirilən hərraclar vasitəsilə satışa çıxarılıb.
Bir çox məscidlərimiz anbar kimi istifadə edilir, bir sıra məscidlərimizdə İslam aləmində haram sayılan donuz və digər heyvanlar saxlanılır.
2005 və 2010-cu illərdə ATƏT-in faktaraşdırıcı missiyası da Azərbaycanın işğal olunmuş ərazilərində İslam irsinə qarşı erməni vandalizimini təsdiq edib.
Ermənilərin bu vəhşiliyi təkcə Azərbaycana qarşı deyil, eyni zamanda, İslam dünyasına, ümumilikdə insanlığa qarşı törədilən bir vəhşilikdir. Lakin ermənilərin bu vəhşiliklərinə baxmayaraq, Azərbaycan beynəlxalq humanitar qanunlara sadiqlik nümayiş etdirərək hələ də düz Bakının mərkəzində erməni kilsəsinin indiyə qədər mövcud olmasına şərait yaradıb.
Burada təəssüf doğuran digər bir amil isə bəzi İslam ölkələrinin bu məsələdə sərgilədiyi mövqedir. Belə ki, ermənilərin İslam dünyasına qarşı törətdikləri vəhşiliklərə baxmayaraq, bəzi İslam ölkələri öz ərazilərində yeni erməni kilsələrinin tikintisinə icazə veriblər. Lakin həmin ölkələr ən azından ermənilərdən işğal olunmuş Azərbaycan ərazilərində dağıdılan məscidlərin və İslam abidələrinin bərpasını tələb edə bilərdi. Axı bu, təkcə Azərbaycana qarşı törədilən vəhşilik deyil!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button