AktualAktualArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Doktor Qazidehi: İran İslam İnqilabının təsirləri Azərbaycan Respublikası xalqının öz dini kimliyinə qayıtmasına səbəb oldu

Dünən Ərdəbildə incəsənət və elm xadimlərinin iştirakı ilə “Qarabağ münaqişəsi; zəminələr, səbəblər və nəticələr” Konfransına 3-cü hazırlıq toplantısı keçirildi.

Qafqaz Həqiqətləri xəbər verir ki, elmi toplantıda Aran Xaricə Yayım Radiosunun direktoru doktor Qazidehi Qarabağ müharibəsi və Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri haqda danışaraq deyib: “Azərbaycan Respublikasının müsəlman xalqı İran İslam İnqilabı və İmam Xomeynidən (r) ilham alaraq öz dini kimliyinə qayıtdı, onlar İslam İnqilabının qələbəsindən sonra dəstə-dəstə İrana gəldilər, həzrət İmam Xomeyniyə (r) sevgilərini ifadə etdlər, İmam Rizanın (ə) hərəmi kimi dini məkanları ziyarət etdilər.”

Qazidehi birinci Qarabağ müharibəsinə toxunaraq deyib: “Birinci Qarabağ müharibəsində Ermənistan super-güclərin himayəsi ilə Qarabağı işğal etdi. Azərbaycan Respublikasına isə İrandan başqa heç bir ölkə kömək etmədi. İran hərbi, iqtisadi, hətta ərzaq və zəruri təlabat məhsulları ilə Azərbaycan Respublikası xalqının köməyinə yetdi, köçkünlərinin məskunlaşması və müharibədə yaralananların müalicəsi üçün heç bir köməyini əsirgəmədi.”

O, çıxışının digər hissəsində Minsk qrupu və qərb ölkələrinin Qarabağ böhranının həllinə kömək bəhanəsi ilə anti-din addımlarına işarə edərək deyib ki, Azərbaycan xalqı qərbə arxalanmadan və İran İslam İnqilabından ilham almaqla ayağa qalxdı, Ya Hüseyn şüarı verməklə, müqavimət və şəhadət mədəniyyətini diriltməklə işğalda olan Qarabağı düşmənin caynağından azad etdi.

Doktor Qazidehi çıxışının sonunda İranı Ermənistana silah ötürməkdə yalandan ittiham edənləri də qınayaraq deyib: “İran həmişə Azərbaycan Respublikasındakı müsəlman qardaşlarının yanında olmuşdur. Halbuki, sionist rejimi eyni vaxtda müharibənin tərləflərinin hər ikisinə silah satırdı və bölgəyə yalnız öz şəxsi maraqları xatirinə gəldiyi aydın idi.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button