ArxivXəbər lentiXəbərlər

“Dini radikalizm milli-mənəvi dəyərlərimizə qarşı” mövzusunda konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizm milli-mənəvi dəyərlərimizə qarşı” mövzusunda konfrans keçirilib.

Komitədən SalamNews-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyev qeyd edib ki, bu gün qloballaşan dünyada milli-mənəvi dəyərlərimizin qorunmasının mühüm əhəmiyyət daşıyır. Bu cəhətdən bəzi radikal qrupların da milli-mənəvi dəyərlərimizi hədəf alması təsadüfi hesab edilə bilməz.

Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Nəcəfzadə gənclərin milli-mənəvi dəyərləri dərindən mənimsəməsinin vacibliyini qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elnur Kəlbizadə “Radikal qruplar milli-mənəvi dəyərlərimizə qarşı” mövzusunda məruzə ilə çıxış edib. O, azərbaycanlı milli kimliyinin milli və mənəvi dəyərlərimizin vəhdətində mövcud olduğunu, bu dəyərlərin xalqımızın ən qiymətli sərvəti olduğunu, mədəniyyətlərin müxtəlifliyinə xoşgörülü yanaşma prinsipinin xalqımızın çoxəsirlik tarixi ənənələrindən irəli gəldiyini qeyd edib. Vurğulanıb ki, 2016-cı ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilməsi də artıq xalqımızın həyat tərzinə çevrilmiş multikultural ənənələrinin qorunması, həmçinin bir model kimi dünyaya təbliğ olunması məqsədini daşıyır. Bu gün bir sıra radikal qruplar milli və mənəvi dəyərlərimizi hədəfə alıblar. Bu cəhətdən milli-mənəvi dəyərlərimizə sahib çıxmaq hamımızın müqəddəs vətəndaşlıq borcudur.

Tədbirdə Zəngilan Rayonunun din xadimi Müşfiq Fərzəliyev də çıxış edərək, İslam dininin insanpərvərlik prinsiplərinə ciddi önəm verdiyini qeyd edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button