ArxivIslamXəbər lentiXəbərlər

Dini Komitənin sabiq sədri: Belə din xadimlərini ölkədən çıxarmaq lazımdır

Bu gün artıq müqəddəs Ramazan ayının 10-cu günü bitmək üzrədir.

İllərdən gələn ənənələrə görə, azərbaycanlılar Ramazanda toy məclisi keçirməkdən çəkinirlər. Hətta bəziləri orucluqda toy etməyin böyük günah olduğunu iddia edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, Rafiq Əliyev Modern.az-a açıqlamasında deyilənlərin cəfəngiyyatdan başqa bir şey olmadığını deyib:

“Ramazan çox sevilən və bütün bayramlara əsas verən bir aydır. Təkcə Azərbaycandan başqa bütün ərəb ölkələrində Ramazan ayında restoranlar, şadlıq evləri toy üçün tutulur. Axşam iftardan sonra səhərə qədər toy çalınır. “Ramazan ayında toy etmək olmaz” deyən din xadiminin İslam dinindən anlayışı yoxdur. O, din xadimi deyil. Əhalini yanlış yönləndirdiyi üçün onu ölkədən çıxarmaq lazımdır. Camaatın toy, nişan, ad günü sevincini niyə əlindən alırlar? İslamda belə şey qətiyyən yoxdur”.

R.Əliyev bildirib ki, Ramazanda toy etməmək İslamın əleyhinə çıxmaqdır

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button