ArxivXəbər lentiXəbərlər

Dindar jurnalistin yenidən məhkəməsi başlayır

“Azadxeber.org” saytının redaktoru Nicat Əliyev yenidən məhkəmə qarşısına çıxır. Ali Məhkəmədə jurnalistin kassasiya şikayətinə baxılacaq. Bu barədə “Azadlıq” radiosuna Nicat Əliyevin vəkili Yalçın Imanov məlumat verib.

Vəkil bildirib ki, jurnalistin işinə aprelin 7-də Inqilab Nəsirovun sədrliyilə baxılacaq.

Bakıda keçirilən “Eurovision”a hökumətin böyük vəsait xərcləməsini tənqid edən Nicat Əliyev elə yarışma ərəfəsində – 2012-ci il mayın 20-də narkotik saxlama ittihamı ilə həbs olunub. Sonradan ona qarşı CM-nin 281-ci (dövlət əleyhinə çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə də ittihamlar irəli sürülüb. Ittihama görə, Nicat Əliyev və onunla birlikdə mühakimə olunan daha doqquz dindar Azərbaycan hakimiyyətinin siyasətini tənqid edən vərəqə və videodisklər yayıblar.

Nicat Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb./azadlıq/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button