ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Deputat baş nazirdən ona aid olmayanı istəyib

Deputat Qüdrət Həsənquliyev parlamentdə iştirak edən baş nazir Əli Əsədova sərhədlərin açılmasının vacibliyini xatırladıb:
“Kasıb insanların nə Əli müəllimə, nə də bizim hökumət üzvlərinə heç bir pisliyi keçməyib. Ona görə də quru sərhədləri nə vaxt açılacaq ki, məsələn, insanlar Gürcüstana gedib, öz qohumlarını ziyarət edə bilsinlər?”,- Deputat soruşub.
Əli Əsədovun deputatın suallarına cavab verməsi barədə heç bir məlumat yayılmayıb .
Qeyd edək ki, Əli Əsədov öz vəzifəsində növbəti dövr üçün davam edəcəyinə görə bu gün parlamentdə olub. Deputatlara görə O vəzifəsini düzgün şəkildə yerinə yetirdiyinə görə bundan sonra da vəzifəsində qalacaq.
Sosial şəbəkə istifadəçiləri baş nazirin formal vəzifə olduğunu və ona verilən sualın əslində prezidentə verilməli olduğunu bildirirlər. Əli Əsədov daha çox Operativ Qərargahla tanınır hansı ki, bu qərargah koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərə nəzarət məqsədi ilə yaradılmışdır.
Sərhədlərin epidemiya ilə əlaqədar bağlanmasına görə çoxdandır epidemiyanın sona çatmasına rəğmən sərhədlərin hələ də bağlı qalması ciddi narazılıqlara səbəb olur. 
Öncə də millət vəkili Vüqar Bayramovda sərhədlərin vətəndaşların daha asan və daha az vəsait xərcləməklə səfər etməsinə şərait yaratdığı eləcə də turizmin inkişafına səbəb olduğuna görə açılmasına çağırmışdı. 
İqtisadçı ekspert Natiq Cəfərli isə son günlər bir məlumat yayaraq Cənubi Qafqaz ölkələri arasında Azərbaycan Respublikasının turizmdən gəlir baxımından sonuncu yerdə durduğunu bildirmişdir.
Ekspertə görə, 2023-cü ildə Gürcüstan turizmdən 4,8 mlrd. dollar, Ermənistan isə 2,1 mlrd. dollar gəlir əldə etdiyi halda Azərbaycanın bu sahədəki gəliri sadəcə 1,4 mlrd. dollar təşkil eidb.
“Azərbaycan hökuməti bir yandan turizmi prioritet elan edib, digər yandan bu sahəni boğmaqla məşğuldur. Quru sərhədi bağlı olan ölkədə turizm inkişaf edə bilməz, bu, mümkün deyil”, iqtisadçı ekspert deyib.
N.Cəfərli turizmin inkişafı üçün sərhədləri açmağın vacibliyinə diqqət çəkib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button