ArxivXəbər lentiXəbərlər

“Demokratiya” nümunələri: ABŞ 47 ölkənin seçkilərinə müdaxilə edib

ABŞ-ın CNN xəbər televiziyası ifşa edib ki, ABŞ hökuməti 1946-2000-ci illər arasında dünyanın 47 ölkəsində 81 seçkidə müdaxilə edib.

CNN televiziyası bir reportajda ABŞ medialarının bir müddət öncədən Rusiyanın ABŞ prezident seçkilərində müdaxiləsinin müxtəlif cəhətlərini araşdırmaqda olduğunu bəyan edərək bildirib: Bu arada çox az eşidilən sual budur ki, görəsən ABŞ dünyada heç bir seçkidə müdaxilə etmir?

Karnegi Melon Universitetində strategiya və siyasət qurumunun eksperti Dov Levin CNN-lə müsahibədə ABŞ-ın digər ölkələrin seçkilərində müdaxilə məsələsinin ictimai elmlər baxımından araşdırdığını bildirərək deyib: ABŞ 1946-cı ildən 2000-ci ilə qədər dünyanın 47 ölkəsində 81 seçkidə müdaxilə edib.

ABŞ-ın ötən dekadalarda Çili, Argentina, Yaponiya, Qərbi Almaniya, Braziliya, İndoneziya, Livan, Malayziya və İran kimi ölkələrin seçkilərindəki açıq-aşkar müdaxilələrinə toxunan Levinin sözlərinə görə, ABŞ bir çox hallarda onunla eyni istiqamətdə hərəkət edən qrupları və namizədləri dəstəkləyib.

O deyib: ABŞ-ın digər ölkələrin seçkilərində müdaxilə hallarının üçdə ikisi gizli qalıb və onun üçdə biri də açıq-aşkar şəkildə baş verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button