AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: 19 Yanvar “Dünya Müsəlman Azərbaycanlıları Günü” adlanması bir çox fitnələrin qarşısını aldı

20 Yanvar faciəsi Azərbaycan xalqının din və Ana Vətənə dönüşünün qisası idi.Biz də öz növbəmizdə Azərbaycanın günahsız xalqının qətliam edilməsi münasibətilə başsağlığı veririk.

Ərdəbilin imam cüməsi deyib: İran İslam Respublikası və dünya azəri dillilərinin indiki əsas problemi İslam düşmənlərinin əli ilə İslam tarixinin təhrif və müsadirə olunmasıdır. 19 yanvar hadisəsi tarix təhrifinin qarşısının alınmasının əsas görüntüsüdür.

Qafqaz Mədəniyyət Mərkəzi – Ayətullah Seyid Həsən Amili Ərdəbilin Xətayi Şəkil Qalereyasında keçirilən “19 Yanvar” gününün xatırlanması mərasimində deyib: “19 Yanvar azəri dillilərin İslam tarixinin təhrifinin qarşısını alması üçün əsas hərəkətidir. Hal-hazırda İslam dininin və müsəlmanların vəhdəti ilə müxalif olanlar müsəlmanların birliyi və onların həmrəyliyinə xələl gətirməyə cəhd edirlər”.

O çıxışının davamında deyib: “19 Yanvar dünya tarixində çox böyük bir gündür. Çünki Azərbaycan xalqı o gün tikanlı telləri qıramaqla və Ana Vətənin ağuşuna qayıtmaqla sübut etdilər ki, kommunistlərin 70 illik hökuməti bu böyük xalqın dini və milli kimliklərini dəyişdirə bilməmişdir. Ona görə də düşmən hətta, bu əzəmətli tarixi günün mahiyyətini dəyişməyə çalışdı və 31 dekabrı “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” elan etməklə ümumi fikri 19 yanvarda xalqın İslam və Ana Vətənə iradə və sevgisini təsdiqləyən böyük hadisələrdən uzaqlaşdırmağa, hiss və duyğuları öz tərəfinə çəkməklə bizim ərazi bütövlüyümüzü təhlükəyə salmağa cəhd etdi.

Rusiya kommunistləri Qafqazın müsəlman xalqını musiqi, rəqs, teatır, kinofilmlərə məşğul etmək, gənclər arasında etinasızlığı tərvic etmək, hicabı yasaqlamaqla xalqı İslam dinindən uzaqlaşdırmağa səy göstərirdi. Amma bu işi həyata keçirə bilmədi.

Bir hakimiyyətin öz xalqı üçün ərəməğan gətirə biləcək ən böyük cinayət onun əlifbasını, dilini və danışığını dəyişdirməkdir. Sovet kommunistləri regionda bunu etdilər. Stalin öz çıxışında deyir ki, məntəqənin müsəlman əhalisinin əlifbasını dəyişdirmək, bolşevik inqilabından daha böyük bir inqilab idi və onu biz həyata keçirdik”.

Ayətullah Amili daha sonra deyib: “Bu mərasimi Şah İsmayılın məzarı yanında keçirməyimizin səbəbi odur ki, Şah İsmayılın hələ də dünya xalqları üçün sözü vardır. Şah İsmayıl Səfyəddin Ərdəbili tarix boyu üç bariz xüsusiyyətə malik idi və o xüsusiyyətlər bunlardır:

  1. O, islamçı idi, milliyyətçi yox.

  2. Din və hökuməti bir-birindən ayırmırdı.

  3. Bütün İran torpaqlarını birləşdirmək və İranın itirilmiş ərazilərini geri almaq”.

İmam cümə artırıb: “Böyük İran xalqı hakimiyyətdə müstəqillik əldə edərək, düşmən qarşısında dayanıb və tarix təhrifləri qarşısında da ayıq olmalıdır. Buradan 19 Yanvar əzəmətli tarixi hadisəni təhrif etmək istəyənlərə deyirəm ki, Azərbaycan üçün saxta və qondarma tarix düzəltmək lazım deyil. Azərbaycanın tarixi İranın tarixidir. Azərbaycan xalqının böyük sərvəti olan dini kimlik qarət edilməməlidir”.

“19 Yanvar hadisələrindən qorxuya düşən ruslar bunun əvəzini çıxmaq məqsədilə 20 yanvar qanlı hadisəsini törətdi və qırmızı ordu dəlisayağı hərəkəti ilə 600 nəfər günahsız insanı qətliam etdi. Biz 19 yanvarı “Dünya Müsəlman Azərbaycanlıları Günü” adlandırmaqla rus dövlətinin cinayətini məhkum edir və eyni halda uca məqamlı şəhilərin xatirəsini yad edir və həmişə canlı saxlayırıq. Hər il bu mərasimi daha da əzəmətli keçirməklə dünyanın hər yerində yaşayan müsəlman azəri dilliləri dəstəklədiyimizi İslam və şiə düşmənlərinə göstərməliyik”.

O vurğulayıb: “Azərbaycan xalqı islami kimliyi və Ata Yurdunu qoromaq üçün ağır bahalar ödəyiblər. Kommunistlər Azərbaycanda dinsizliyi tərvic etmək üçün anti-din və anti-İran layihələrini izləyiblər və bu işi həyata keçirmək məqsədilə Azərbaycanın islami əlifbasını dəyişdirdilər. Əlifbanı dəyişdirmək böyük cinayət idi. Çünki gələcək nəslin əlaqəsini keçmişlə qırmaqdan daha böyük cinayət ola bilməz”.

Ayətullah Amili xatırladıb: “Mən əgər bəzi vaxtlar tənqid edirəmsə, bu tənqid xeyirxahlıq üzündəndir və bir  hökumət məqamının dilindən deyil, din aliminin dilindəndir. Müsəlman xalqının izzət və başıucalığı həmrəylik və vəhdət sayəsindədir. Hamı bunun üçün təlaş etməlidir”.

İran İslam Respublikası bütün azərbaycanlıların ana vətənidir

Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi İranın öz yolunu həmişə öz iqtidar və izzətlə davam etdirəcəyini qeyd edərək deyib: “İran İslam Respublikası bütün azəri dillilər üçün ana vətən hesab olunur və 19 yanvarın “Dünya Müsəlman Azərbayacanlıları Günü” adlanması bu proqram çərçivəsindədir”.

Ayətullah Amili öz çıxışının sonunda azəri dilini şer və mərsiyyə dili adlandırıb, dünyada ən yaxşı mərsiyyələrin azəri dilinə aid olduğunu vurğulayıb. O deyib: “19 Yanvar kommunistlərin 70 illik dövlətinin tabusunun müsəlman azərbaycanlıları tərəfindən sındırıldığı gündür.Yazıçılar və qələm əhlinin bu mesajı bütün dünyaya çatdırmalıdır”.

11 12 13 IMG13170728 IMG14085901 10 9 7 5 8 4 3 2 1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button