ArxivXəbər lentiXəbərlər

Azərbaycanın bir sərhədçisi yaralanıb

İran İslam Respublikası və Azərbaycan Respublikası sərhədində Cəlilabad rayonunda sərhədi pozan şəxslərlə qarşıdurmada bir azərbaycanlı sərhədçi yaralanıb və xəstəxanaya aparılıb.

İRİB-in Bakıdakı nümayəndəliyinin APA-ya istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası sərhədçilərinin “Dayan!” əmrinə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstəriblər.

Atışma zamanı bir sərhədçi yaralanıb.

Yaralanan sərhədçi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bir neçə güllə yarası alan sərhədçi üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Faktla bağlı araşdırma aparılır. Sərhəd pozucularının aqibəti barədə hələlik məlumat verilmir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button