ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Daha bir hicab məhbusu saxlanılıb

Aprelin 8-də Bakının Binə kəndində, Xocahəsən və Binəqədi qəsəbəsində dindarların kütləvi həbsi baş tutub.

Qafqaz Həqiqətləri xəbər verir ki, saxlanılanlar arasında keçmiş hicab məhbusları və İranda dini təhsil alan ruhanilər çoxluq təşkil edir.

Bakı şəhəri #Binəqədi qəsəbə sakini, keçmiş #hicab məhbusu Elsevər İsayev da saxlanlıb. İki uşaq atası olan Elsevər İsayevi kimin və hansı səbəbdən apardığını, harda saxlanıldığını ailəsi bilmir. Bu barədə ailəyə məlumat verilməyib.

Qeyd edək ki, Elsevər İsayev birinci hicab aksiyasında tutulanlardandır. O, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 31 oktyabr 2014- ci ildə saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxmışdı.

Elsevər qaynaqçı peşəsi ilə məşğul olurdu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button