ArxivXəbər lentiXəbərlər

Dağıstanda “Qafqaz Əmirliyi”nin iki lideri öldürülüb\foto

“Qafqaz Əmirliyi”nin iki lideri Rusiya hüquq-mühafizə orqanlarının əməliyyatı zamanı zərərsizləşdirilib
İslamazeri.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Dağıstanın Buynaks şəhərində “Qafqaz Əmirliyi”nin lideri, “Əbu Muhəmməd Dağıstani” ləqəbli Əliəshab Kebekov və Unsukul rayonunun “əmiri” və “Şamil Balaxanski” ləqəbli  Həsənov Şamil Rusiya hüquq-mühafizə orqanlarının əməliyyatı zamanı zərərsizləşdirilib. Əliəshab Kebekov Doku Umarovdan sonra “Qafqaz Əmirliyi” adlı terrorçu qruplaşmanın rəhbərliyinə seçilmişdi. Verilən məlumata görə, bir neçə gün əvvəl həyata keçirilən əməliyyat-axtarış zamanı Kebekov və Həsənovdan başqa daha bir  terrorçu da öldürülüb. Kebekovun İŞİD-ə qarşı olması “Əl-Qaidə”yə bağlılığı ilə tanınırdı. Qeyd edək ki, ötən ilin axırlarında Şimali Qafqaz əsilli terrorçuların bir hissəsi İŞİD lideri Bağdadiyə beyət etmələrini açıqlamışdılar.
1618708_357452377793954_6821787157025165385_n 10407271_357452397793952_3708600475581400453_n 11051975_357452351127290_836472054555200556_n 11148511_357452364460622_7864740817619329738_n

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button